Coğrafiya və təbii resurslar

QUBA-XAÇMAZ İQTİSADİ-COĞRAFİ RAYONUNDA SOSİAL-İQTİSADİ İNKİŞAF VƏ MİQRASİYA PROSESLƏRİ

T.Ş.Bayramov

AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutu, Az 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

Xülasə. Məqalədə, Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunda 1990-2015-ci illər üzrə əhalinin təbii və ümumi artım səviyyəsi, miqrasiya artımı və azalmaları, əmək qabiliyyətli əhalinin işlə təminat səviyyəsi təhlil olunmuşdur. Həmçinin, yeni açılmış iş yerləri və ondan daimi iş yerlərinin sayı, iqtisadi-coğrafi rayonda və onun ayrı-ayrı inzibati rayonları üzə məşğul əhalinin payı göstərilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində iqtisadi-coğrafi rayonda əhalinin həyat şəraitini yüksəltmək məqsədi ilə daimi və müvəqqəti olmaqla yeni iş yerləri açılmışdır. Buna uyğun olaraq, regionda əmək ehtiyatlarının kifayət qədər olması davamlı olaraq yeni iş yerlərinin açılması, xidmət sahələrinin əhalinin tələbatına uyğun qurulması demoqrafik inkişafa şərait yaratmışdır. Əhalinin sosial-iqtisadi şəraitinin aşağı səviyyədə olması miqrasiyanı artıran səbəblərdən olmuşdur. Beləliklə, regionda miqrasiyanın yaratdığı sosial-iqtisadi problemlər və onun həlli yolları, eləcə də, demoqrafik inkişafın tənzimlənməsi istiqamətləri göstərilmişdir.

Açar sözlər: ümumi və təbii artım, miqrasiya, sosial-iqtisadi inkişaf, region, iqtisadi və inzibati rayon

ƏDƏBİYYAT

  1. Azərbaycanın demoqrafik göstəriciləri. Bakı. 2018. DSK. 496 s.
  2. Azərbaycanın regionları, Bakı 2018, DSK, 795 s.
  3. Azərbaycanın sənayesi, Bakı 2018, DSK, 339 s.
  4. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 558 s.
  5. Eminov Z.N, Paşayev N.Ə, Əyyubov N.H. Azər­baycan Respublikasının iqtisadi, sosial və siyasi coğra­fiyası. Bakı: Çıraq, 2010, 416 s.
  6. Eminov Z.N. Azərbaycan Respublikasında de­mo­qra­fik inkişafın regional problemləri və demoqrafik si­yasət. “Azərbaycan Respublikasında demoqrafik inki­şaf; əhali məskunlaşmasının perspektivləri və regional problemləri” Elmi konfransın materialları. Bakı 2016, səh. 10-18, 584 s.
  7. Fukuyama F. The end of History and the Last man N.Y., 1997, 347 p.
  8. Əmək bazarı, Bakı 2018, DSK, 167 s.
  9. Hall B. Immigration in European Union: problem or solution? // OECD Observer. 2000, Nº 221, p. 96
  10. Həsənov T.G. İqtisadi-coğrafi rayonlaşdırma. Ba­­kı Unversiteti nəşriyyatı 2012, 245 s.

Məqaləni yüklə