Coğrafiya və təbii resurslar

QORUNAN VƏ QORUNMAYAN SSENARİLƏR ƏSASINDA LANDŞAFT ÖRTÜYÜ DƏYİŞİKLİKLƏRİNİN SİMULYASİYASI

Ayazlı İ.E., Yakup A.E.

Əhali artımı, güclü urbanizayisa nəticəsində landşaft örtüyü dəyişiklikləri və landşaft örtüyü dəyişikliklərinə təsirinin müəyyən edilməsi davamlı şəhər idarəetmə siyasətləri üçün məcburidir. Buna görə də, Simulyasiya modelləri planlaşdırma sahələrində sıx istifadə edilir. Hücrəsəl avtomat bazalı simulyasiya modelləri landşaft örtüyünün dəyişməsi təhlilini izləmək  və sürətli bö­yü­yən şəhərlərin təbii landşaftlarında urbanizasiyalaşma effektini öyrənmək üçün əhəmiyyətlidir. Bu işin əsas məq­sədi  son illərdə yüksək əhali artımı müşahidə edilən İs­tanbul Sancaktəpə mahalında qorunan və qorunmayan ssenarilərə görə ehtimal olunan landşaft örtüyünün də­yi­şməsini müəyyənləşdirmək və şəhərdəki artımı proq­nozlaşdırmaqdır. Model üçün tələb olunan tarixi land­şaft örtüyü məlumatları 1950-ci illərdən bəri tərtib edi­lən kadastr xəritələrindən yaradılıb. Bu məqsədlə, də­yiş­məni aşkarlama təhlili ilk dəfə 1961-2014-ci illərdə edi­lib və 2030-cu il üçün qorunan ssenarilərlə simulyasiya mo­deli yaratmaq üçün çəki əmsalları hesablanmışdır. Nə­zarətsiz şəhərləşmənin təhlükələrini təsbit etmək üçün, ikinci simulyasiya modeli qeyri-qorunan ssenari ilə yaradılmışdır. İlk ssenariyə görə, meşə sahəsinin təx­mi­nən 10% -i 2030-cu ilə qədər qəsəbə və kənd tə­sər­rüfatı sahəsinə çevriləcəkdir. Bununla yanaşı, lazımi təd­birlər görülməsə, yəni nəzarətsiz şəhərləşmənin bö­yü­məsi baş verərsə, bu nisbət çox yüksək olacaq.

Açar sözlər: CİS, dəyişikliklərin aşkarlanması, tor­paq örtüyünün dəyişməsi, mobil avtomat, şəhər inkişafı

 

ƏDƏBİYYAT

Akın, A., Clarke, K.C., Berberoglu, S., 2014. The im­pact of historical exclusion on the calibration of the SLEUTH urban growth model. Int. J. Appl. Earth Obs. Geoinf. 27, 156–168, Part B (0).

Ayazli, I.E., Kilic, F., Demir, H., 2014. A simulation model of urban growth driven by the Bosphorus Bridges. Information Fusion and Geographic Information Systems (IF AND GIS 2013). Springer, pp. 237–248.

Benenson, I., Torrens, P.M., 2004. Geosimulation. Automata-Based Modeling of Urban Phenomena. John Wiley & Sons Ltd, Chichester

Dietzel, C., Herold, M., Hemphill, J.J., Clarke, K.C., 2005. Spatio-temporal dynamics in California’s Central Valley: empirical links to urban theory. Int. J. Geog. Inf. Sci. 19 (2), 175–195.

Heinsch, L., Lauf, S., Kleinschmit, B., 2012. Modeling urban growth and land use change with a cellular automaton in the Berlin metropolitan region. GIS-Zeitschrift für Geoinformatik 25 (2), 56–68

Jantz, C.A., Goetz, S.J., 2005. Analysis of scale depen­dencies in an urban land-use-change model. Int. J. Geog. Inf. Sci. 19 (2), 217–241.

Rafiee, R., et al., 2009. Simulating urban growth in Mashad City, Iran through the SLEUTH model (UGM). Cities 26 (1), 19–26.

Silva, E.A., Clarke, K.C., 2002. Calibration of the SLEUTH urban growth model for Lisbon and Porto, Portugal. Comput. Environ. Urban Syst. 26 (6), 525–552.

Tobler, W.R., 1970. Computer Movie Simulating Urban Growth in the Detroit Region. Economic Geography, 46, 234-240.

URL 1 https://biruni.tuik.gov.tr/medas/?kn=95&locale=tr

URL 2 http://www.sancaktepe.istanbul/tr/cografi-durumu

Wu, X., et al., 2009. Performance evaluation of the SLEUTH model in the Shenyang metropolitan area of northeastern China. Environ. Model. Assess. 14 (2), 221–230.

 

Məqaləni yüklə