QARABAĞ REGİONUNUN GÜNƏŞ VƏ KÜLƏK ENERJİSİ EHTİYATLARI
R.H.Qardaşov, E.R.Qardaşov, N.S.İmamverdiyev
1Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
DOI: 10.59423/gnr.2023.26.45.013
Xülasə. Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qarabağ bölgəsində günəş və külək enerjisinin potensialı qiymətləndirilir. İndi bölgədə şəhər və kəndlərin dağılmış infrastrukturunun intensiv bərpası davam etdirilir və yaşıl texnologiyaların tətbiqi prioritet məsələdir. Bölgə ərazisinin 28%-nin yüksək günəş enerji potensialına (1501-1607 kVt/m2/il) malik olduğu göstərilir. Bu ərazinin yalnız 1%-nin günəş enerji potensialı təqribən 10 milyard kVt/saat təşkil edir ki, bu da 2022-ci ildə Azərbaycan Respublikasında istehsal olunan elektrik enerjisinin 35%-ni təşkil edir. Kəlbəcər-Laçının ən küləkli ərazilərinin 10%-də orta illik külək enerjisi 35, 50 və 100 metr hündürlüklərdə uyğun olaraq 610 Vt/m², 673 Vt/m² və 764 Vt/m²-dır. Külək enerjisinin texniki potensialı təqribən 3 milyard kVt/il-dir. İlkin hesablamalara görə, bölgədə külək enerjisi istehsalı üçün kiçik ölçülü külək turbinləri quraşdırılması iqtisadi baxımdan daha səmərəlidir.
Açar sözlər: Qarabağ regionu, günəş enerjisi, külək enerjisi, enerji ehtiyatları, külək turbinləri, enerji səmərəsi.
ƏDƏBİYYAT
- Gardashov E.R. Development of software for calculation of optimal direction of solar panels during “time of use” in regions with complex topography. In: Technology audit and production reserves, 2022, 6 (1/68), pp. 30-34. doi:10.15587/2706-5448.2022.271440.
- Global Solar Atlas. (2023, 1 December) Available at: https://globalsolaratlas.info/map
- Global Wind Atlas. (2023, 1 December) Available at: https://globalwindatlas.info/en
- Hoxha B., Shesho I.K., & Filkoski R.V Analysis of Wind Turbine Distances Using a Novel Techno-Spatial Approach in Complex Wind Farm Terrains. Sustainability2022, 14(20), 13688.
- Hulio Z.H. Assessment of Wind Characteristics and Wind Power Potential of Gharo, Pakistan. Hindawi, Journal of Renewable Energy. Volume 2021, Article ID 8960190, 17 p, https://doi.org/10.1155/2021/8960190.
- Kim H.G., Kang Y.H., & Kim J.Y.. Evaluation of wind resource potential in mountainous region considering morphometric terrain characteristics. Wind Engineering. (2017). 41 (2). pp. 114-123. doi: 1177/0309524X16689445
- World Energy Outlook 2022. (2023, 1 December) Available at: https://www.iea.org/reports/world-energy-outlook-2022
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
R.H.Qardaşov, E.R.Qardaşov, N.S.İmamverdiyev – Qarabağ regionunun günəş və külək enerjisi ehtiyatları. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 91-96.