QANIX-ƏYRİÇAY VADİSİ VƏ ONA BİTİŞİK ALÇAQ DAĞLIQ ƏRAZİ LANDŞAFTLARININ TRANSFORMASİYASININ EKOLOJİ NƏTİCƏLƏRİ
R.A.Əliyeva
Xülasə. Təqdim olunan məqalədə Qanıx-Əyriçay vadisi və onu əhatə edən alçaq dağlığın təbii landşaftlarının çoxəsirlik antropogen transformasiya nəticəsində ciddi ekoloji dəyişikliyə məruz qalmasından, və onun ekoloji nəticələrindən bəhs edilir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, landşaftların transformasiyası sel ocaqlarının, sürüşmələrin və digər deqradasiya törədən neqativ proseslərin aktivləşməsində böyük rol oynayır. Son yüzillikdə regionda məskunlaşmanın sürətli artımı antropogen yüklərin təbii komplekslərə təzyiqini yüksəltmiş, landşaftların ekoloji tarazlığını pozmuş, deqradasiya prosesini sürətləndirmişdir. Antropogen transformasiyanın törətdiyi müxtəlif deqradasiya prosesləri antropogen yüklərin artmasına müvafiq olaraq daima landşaftların tarazlı inkişafını pozur, onun daxilində müxtəlif təkrar-törəmə mənşəli neqativ modifikasiyalar yaradir. Regionun müxtəlif təbii ərazi komplekslərində ekoloji proseslərin düzgün idarə edilməsi və tənzimlənməsi landşaftların tarazlı inkişafının elmi əsaslarını müəyyən etməyə imkan verir. Müasir landşaftların tədqiqində kosmik metodlardan istifadə olunması böyük əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq, tədqiqat işi aparılarkən ABŞ geoloji kəşfiyyat bürosuna aid olan peyk məlumatlarından (www/usgs/explorer), GoogleEarth və Rusiya Federasiyası tərəfindən hazırlanan Sasplanet proqram təminatı vasitəsilə əldə edilən, müxtəlif illəri əhatə edən kosmik şəkillərdən istifadə edilmiş, GİS və kosmik şəkillərin deşifrlənməsi əsasında Qanıx-Əyriçay vadisi və ona bitişik dağlıq ərazilərin müasir landşaft xəritəsi tərtib edilmişdir.
Açar sözlər: ekoloji problem, deqradasiya, diferensiasiya, sel ocaqları, transformasiya, antropogen təsirlər, landşaft.
ƏDƏBİYYAT
- Aliyeva R.A. “Ecological diagnostic assessment of Ganikh-Ayrichay valley and surrounding mountainous landscapes of Republic of Azerbaijan”, “Russian Scientific Journal Vestnik”, № 4 (56) St. Petersburg, October-December 2020, p. 45-49.
- Budagov B.A., Mikailov A.A. Development and formation of landscapes of the Southeast Caucasus in connection with the latest tectonics. Baku, Elm, 1985, 176 p.
- Garibov Y.A. Anthropogenic transformation of the landscapes of the Republic of Azerbaijan. Baku, Nafta-Press, 2011, 300 p.
- Garibov Y.A. Optimization of natural landscapes of the Republic of Azerbaijan. Baku, “AzTU”, 2012, 215 p.
- Khalilov Kh.A. Geomorphology and environment. Baku, Europe, 2020, 487 p.
- Kuchinskaya I. Ya. Landscape-ecological differentiation of mountain geosystems. Baku, Victory, 2011, 195 p.
- Mammadov Q.Y., Khalilov M.Y. Forests of Azerbaijan, Baku, 1985, 400 p.
- Mardanov I.E., Mikailov A.A., Alizade E.K., Tarihazer S.A. Mofostructural conditioning of exodynamic processes on the example of the Azerbaijani part of the Great Caucasus, “Izvestiya AN Azerbaijan”, a series of earth sciences, Baku, 1996-1997, № 1-6, p. 24-30.
- Mikailov A.A., Garibov Y.A. Some issues of typification of mountain landscapes of the Azerbaijan SSR, on the stability of anthropogenic factors. Izvestiya AN Azerb. SSR, series of earth sciences, 1987, № 5. p. 16-21.
- Musayibov M.A. Landscapes of the Republic of Azerbaijan. BSU, 2011, 138 p.
- Socio-economic development of the regions (2014-2018). State Statistics Committee of the Republic of Azerbaijan, January, Baku 2018, 590 p.
- Statistical indicators of Azerbaijan 2000-2020, ARDSK, Baku, 2020, 217 p.
- Suleymanov M.A. Conformity of natural anthropogenic landscapes of Azerbaijan to the geographical law. Baku, 2005, 248 p.
- Yunusov M.I., Ismayilov M.C. Mammadbeyov E.Sh. Materials of the VII Congress of the Azerbaijan Geographical Society on landscape decoding of agro-irrigation complexes of the Kur-Araz lowland. Baku, 1998, p. 33-35.
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə