Coğrafiya və təbii resurslar

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ LANDŞAFTLARINDA AQROSENOZLARIN İNKİŞAFININ YARATDIĞI DƏYİŞİKLİKLƏR

L.P.İbrahimova

Naxçıvan Dövlət Universiteti

Naxçıvan ş., Universitet şəhərciyi, AZ7012

[email protected]

 

X ü l a s ə

Son illər sənayenin və kənd təsərrüfatının inkişafı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təsərrüfat və infrastruktur layi­hə­lərinin reallaşdırılması nəticəsində təbii-coğrafi mühitdə baş vermiş də­yi­şik­liklər təbii landşaftların transformasiyaya uğramasına, yeni ekocoğrafi prob­lemlərin yaranmasına səbəb olmuşdur. Məqalədə ərazinin uzun tarixi dövr ərzində insanlar tərəfindən müxtəlif istiqamətdə mənimsənilməsi və  tor­paq­dan intensiv istifadə nəticəsində təbii ekosistemlərdə müxtəlif dərəcəli dəyi­şilmələrə (torpaqların eroziyasına, onların keyfiyyət kateqoriyasına, şoran­laşmaya, bitki örtüyü ilə örtülmə dərəcəsinə və s.) gətirib çıxarmışdır. Məqalədə bu dəyişilmələrə səbəb olan amillərin hər biri ayrı-ayrılıqda araş­dırılmış və onların təbii landşaftlarda yaratdığı transformasiyalar öyrə­nil­miş­dir. Baş verən dəyişilmələrin aradan qaldırılması, tədqiq olunan ərazinin eko­sistemlərində yarana biləcək problemləri azaltmaq məqsədilə təkliflər planı hazırlanmışdır.

 Açar sözlər: Naxçıvan Muxtar Respublikası, aqrosenoz, landşaft, torpaqdan istifadə, CİS

 

ƏDƏBIYYAT

  1. Azərbaycanın kənd təsərrüfatı. Statistik məcmuə. Azәrbaycan Respublikası Dövlәt Statistika Komitәsi. Bakı: 2022. 774 s
  2. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) Bakı “Nurlar” 2004, 160 s.
  3. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. Bakı, “Nurlar” 2009, 149 s
  4. Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illərdə), Bakı 2011, 136 s.
  5. Babayev M.P., Cəfərova Ç.M., Həsənov N.H., Hüseynova S.M. Azərbaycan torpaqlarının morfo­ge­netik diaqnostikası, nomenklaturası və təsnifatı. “Elm”, Bakı, 2001,452 s.
  6. Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehti­yat­larından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. “Elm”, Bakı, 2007, 856 s.
  7. Naxçıvan Muxtar Respublikasınn coğrafiyası. “Avropa” Bakı, 2016, 2 cild, I c., 397 s.
  8. Naxçıvan Muxtar Respublikası. “BLM”, Bakı, 396 s.
  9. Didovich S., Gorgulko T., Didovich A. Control of productivity of agrocenosis. BIO Web of Conferences 17, 2020, pp. 283-290
  10. Dmitriev P.A. et al. Assessment of Invasive and Weed Species by Hyperspectral Imagery in Agrocenoses Ecosystem. Remote Sens., 2022, pp.24-42. https://doi.org/ 10.3390/rs14102442
  11. Savoskina O.A. et al. Optimization of the phytosanitary condition of agrocenoses in the non-cher­nozem zone of the Russian Federation. IOP Conference Series: Earth and Environmental Science. 579, 2020, pp.189-195, 012055. doi:10.1088/1755-1315/579/1/012055

 

Çapa qəbul olunub: 18 dekabr 2022

Məqaləni yüklə