NAXÇIVAN MUXTAR RESPUBLİKASININ LANDŞAFTLARINDA AQROSENOZLARIN İNKİŞAFININ YARATDIĞI DƏYİŞİKLİKLƏR
L.P.İbrahimova
Naxçıvan Dövlət Universiteti
Naxçıvan ş., Universitet şəhərciyi, AZ7012
X ü l a s ə
Son illər sənayenin və kənd təsərrüfatının inkişafı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təsərrüfat və infrastruktur layihələrinin reallaşdırılması nəticəsində təbii-coğrafi mühitdə baş vermiş dəyişikliklər təbii landşaftların transformasiyaya uğramasına, yeni ekocoğrafi problemlərin yaranmasına səbəb olmuşdur. Məqalədə ərazinin uzun tarixi dövr ərzində insanlar tərəfindən müxtəlif istiqamətdə mənimsənilməsi və torpaqdan intensiv istifadə nəticəsində təbii ekosistemlərdə müxtəlif dərəcəli dəyişilmələrə (torpaqların eroziyasına, onların keyfiyyət kateqoriyasına, şoranlaşmaya, bitki örtüyü ilə örtülmə dərəcəsinə və s.) gətirib çıxarmışdır. Məqalədə bu dəyişilmələrə səbəb olan amillərin hər biri ayrı-ayrılıqda araşdırılmış və onların təbii landşaftlarda yaratdığı transformasiyalar öyrənilmişdir. Baş verən dəyişilmələrin aradan qaldırılması, tədqiq olunan ərazinin ekosistemlərində yarana biləcək problemləri azaltmaq məqsədilə təkliflər planı hazırlanmışdır.
Açar sözlər: Naxçıvan Muxtar Respublikası, aqrosenoz, landşaft, torpaqdan istifadə, CİS
ƏDƏBIYYAT
- Azərbaycanın kənd təsərrüfatı. Statistik məcmuə. Azәrbaycan Respublikası Dövlәt Statistika Komitәsi. Bakı: 2022. 774 s
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) Bakı “Nurlar” 2004, 160 s.
- Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. Bakı, “Nurlar” 2009, 149 s
- Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illərdə), Bakı 2011, 136 s.
- Babayev M.P., Cəfərova Ç.M., Həsənov N.H., Hüseynova S.M. Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı. “Elm”, Bakı, 2001,452 s.
- Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. “Elm”, Bakı, 2007, 856 s.
- Naxçıvan Muxtar Respublikasınn coğrafiyası. “Avropa” Bakı, 2016, 2 cild, I c., 397 s.
- Naxçıvan Muxtar Respublikası. “BLM”, Bakı, 396 s.
- Didovich S., Gorgulko T., Didovich A. Control of productivity of agrocenosis. BIO Web of Conferences 17, 2020, pp. 283-290
- Dmitriev P.A. et al. Assessment of Invasive and Weed Species by Hyperspectral Imagery in Agrocenoses Ecosystem. Remote Sens., 2022, pp.24-42. https://doi.org/ 10.3390/rs14102442
- Savoskina O.A. et al. Optimization of the phytosanitary condition of agrocenoses in the non-chernozem zone of the Russian Federation. IOP Conference Series: Earth and Environmental Science. 579, 2020, pp.189-195, 012055. doi:10.1088/1755-1315/579/1/012055
Çapa qəbul olunub: 18 dekabr 2022
Məqaləni yüklə