Coğrafiya və təbii resurslar

NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KƏND ƏHALİSİNİN MƏSKUNLAŞMASI VƏ KƏNDLƏRİN DEMOQRAFIK İNKİŞAF XÜSUSIYYƏTLƏRİ

H.M.Tahirova

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu, AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

X ü l a s ə. Məqalədə Naxçıvan Muxtar Respublikasında kənd məskunlaşması və kənd­lə­rin demoqrafik inkişaf xüsusiyyətləri təhlil olunmuş, bu sahədə olan prob­lem­lər və onların həlli yolları müəyyənləşdirilmişdir. Belə ki, kənd qrupları və on­larda olan əhalinin sayı məskunlaşmanın tənzimlənməsində, demoqrafik in­kişafda və təsərrüfat sahələrinin ərazi təşkilində əsaslı rol oynayırlar. Burada kəndlərin 60 faizinin əhalisinin sayı 500-2000 nəfər arasında dəyişir. Kənd məs­kunlaşma sistemində və kəndlərin demoqrafik inkişafında mühüm rol oy­na­yan amilərdən biri də kəndlərin sosial-iqtisadi vəziyyətidir. Muxtar Res­pub­likanın kəndlərində yolların, sosial xidmət obyektlərinin  və s. yenidən qurul­ma­sına baxmayaraq bu sahədə olan problemlər tam həll olunmamışdır. Mux­tar Respublikada kənd əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatında məş­ğul olsa da, bu sahədən əldə olunan gəlirlər əhalinin təminatını ödəmir. Buna gö­rə də kəndlərin iqtisadi bazası zəif inkişaf edir. Naxçıvan Muxtar Res­pub­li­ka­sında kənd əhalisinin demoqrafik göstəriciləri məskunlaşmanın və­ziy­yə­tin­dən asılı olaraq inzibati rayonlar üzrə fərqlənir. Kənd təsərrüfatına yararlı tor­paq­larla yaxşı təmin olunmuş inzibati rayonlarda əhali daha sıx məs­kun­laş­mış­dır ki, bu da əhalinin demoqrafik inkişafına öz müsbət təsirini göstərir.

Açar sözlər: kənd məskunlaşması, demoqrafik inkişaf, kənd əhalisi, sosial-iqtisadi vəziyyət, məskunlaşma sistemi

ƏDƏBİYYAT

  1. Abbasova V.Z. Naxçıvan MR-də yaşayış mən­tə­qələrinin təsnifatı və inkişaf perspektivləri, AMEA xəbərlər, “Yer elmləri” seriyası, 2006, № 3 s. 89-97.
  2. Azərbaycanın regionları Bakı: DSK 2009, 659 s.
  3. Azərbaycanın regionları Bakı: DSK 2017, 804 s.
  4. Azərbaycanın demoqrafik göstəriciləri- 2017. Ba­kı: DSK, 2018, 492 s.
  5. Azərbaycan Respublika əhalisinin 1999-cu il siya­hıyaalınmasının yekunları. Əhalinin sayı, cins yaş tər­kibi. Bakı: DSK, 2000, 565 s.
  6. Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalınmasının yekunları. I c. Bakı, Səda, DSK, 2010, 629 s.
  7. Eminov Z. N. Azərbaycanın əhalisi. Bakı, Çıraq, 2005, 560 s.
  8. NMR-nın Dövlət Statistika Komitəsinin materialları 2017. 10 s.
  9. Naxçıvan Muxtar Respulikasının coğrafiyası II hissə, Naxçıvan, Əcəmi, 2018, 384 s
  10. Tahirova H.M. Naxçıvan Muxtar Respub­li­ka­sın­da miqrasiyanın demoqrafik proseslərə təsirinin iq­ti­sa­di- coğrafi problemləri. Bakı, Avropa, 2016. 204 s.

Məqaləni yüklə