NAXÇIVAN MUXTAR RESPUBLİKASI LANDŞAFTLARININ ANTROPOGEN TRANSFORMASİYASI VƏ ONLARIN TƏSNİFATI PROBLEMLƏRİ
Ş.M.Orucova
Naxçıvan Dövlət Universiteti
AZ7012, Universitet şəhərciyi, Naxçıvan şəhəri
X ü l a s ə
Məqalədə Naxçıvan Muxtar Respublikasında təbii landşaftların antropogen transformasiyası və onun tədqiqi məsələlərindən danışılır. Bu məqsədlə hazırlanmış təbii landşaft və müasir landşaft xəritələrinin müqayisəli təhlili aparılmaqla landşaftların antropogen transformasiyası və müasir landşaft kompleksləri barədə məlumatlar ön plana çəkilir. Muxtar respublika ərazisindəki landşaft komplekslərinin ərazi üzrə paylanması, yayılma arealı və bu komplekslər daxilindəki landşaft növləri haqqında ətraflı məlumat verilir. Ərazinin antropogen transformasiya xəritəsi hazırlanmaqla landşaftların antropogen transformasiyası dərəcələri əsas götürülərək burada formalaşan 8 landşaft tipi və transformasiya dərəcəsinə görə 4 kateqoriya ayrılır. Qeyd olunur ki, muxtar respublika ərazisinin 25%-i kəskin dəyişilən landşaft kompleksləri olmaqla tranformasiya əmsalı 0.5-dən çoxolaraq qiymətləndirilir. 59%-i orta dəyişilən landşaft kompleksləri olmaqla tranformasiya əmsalı 0.2-0.5, 14%-i zəif dəyişilən landşaft kompleksləri olmaqla tranformasiya əmsalı 0.1-0.2, 1%-i dəyişilməyən landşaft kompleksləri olmaqla tranformasiya əmsalı 0.1-dən az olaraq qiymətləndirilir.
Açar sözlər: landşaft, transformasiya, antropogen, əmsal, kompleks
ƏDƏBİYYAT
- Daşdiyev H. Landşaftın ekologiyası, Bakı: MBM, 2010 , 140 s.
- Qəribov Y.Ə. Azərbaycan Respublikasının müasir landşaftlarının antropogen transformasiyası. Bakı: “Mars Print” NRF, 2011, 299 s.
- Qəribov Y.Ə. Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması. Bakı: Aztu mətbəəsi, 2012, 216 s.
- Qəribov Y.Ə. Təbii landşaftların antropogen yüklənməsinə görə qruplaşması. Azərb. Landşaftları və geomorfologiyasının problemləri. Bakı, 1999, 34-41s.
- Qəribov Y.Ə., İsmayılova N.S. Naxçıvan Muxtar Respublikasının təbii-antropogen landşaftlarının dinamikasının kosmik şəkillərdən alınan informasiyalarla təhlili, Bakı Universitetinin Xəbərləri №2, Təbiət elmləri seriyası, 2013, s 195-201.
- Quliyeva S.Y. Arid və semiarid dağ geosistemlərində səhralaşma (Naxçıvan Muxtar Respublikası timsalında), Bakı: Victory nəşriyyatı, 2011,182 s.
- Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Naxçıvan: Əcəmi Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 546 s.
- Будагов Б.А. Современные естественные ландшафты Азербайджанской ССР. Баку. «Элм». 1988, с 136.
- Жекулин В.С. Историческая география ландшафтов. Курс лек: Новгород, 1972, 228 с.
- Исаченко А.Г. Основы ландшафтоведение.Часть I,Л,1976, 148 с.
- Колесник С.В. Общие географические закономерности Земли. М., 1977, 260 с.
- Милъков Ф.Н. Антропогенное ландшафтоведение, предмет изучения и современные состояние // Вопросы географии, в.106, М.: 1977, с. 11-27.
- Преображенский В.С. Новые веки Советской физической географии // «Природа», 1967, №8, с 51-66.
- Рябчиков А.М. Структура и динамика геосферы. М.: Мыслъ, 1972.
- Солнцев Н.А. Системная организация ландшафтов. М.: Мысль, 1965, 55 с.
Çapa qəbul olunub: 18 dekabr 2022
Məqaləni yüklə