NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ UÇQUNLARIN COĞRAFİ YAYILMASININ TƏDQİQİNƏ DAİR
N.S.Bababəyli1, Q.H.Qurbanov2, N.N.Bababəyli3
1AMAKA Ekologiya İnstitutunun Naxçıvan şöbəsi
2AMEA-nın Naxçıvan bölməsi Təbii Ehtiyatlar İnstitutu
3Naxçıvan Dövlət Universiteti
X ü l a s ə
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində geniş yayılmış təbii-dağıdıcı proseslərdən biri olan uçqunların coğrafi yayılması, növləri, onların yaranmasına səbəb olan amillər, uçqun materiallarının əsas kimyəvi tərkibləri və fiziki xüsusiyyətləri həm ənənəvi və həm də müasir məsafəli metodlarla tədqiq edilmişdir. Belə ki, ayrı-ayrı uçqun materiallarının kütləsi, eləcə də geomorfoloji xüsusiyyətlərinə görə alçaq dağlıqdan yüksək dağlığa və şimal-qərbdən cənub-şərqə doğru kəskin fərqlənir. Ən böyük uçqunlar orta dağlıqda ayrı-ayrı lakkolitlərdə və yerüstü dayka çıxışlarında geniş yayılmışdır. Kəskin kontinental iqlim şəraitində formalaşan və muxtar respublikanın alçaq dağlığının şərq hissəsində yerləşən ərazidə böyük ölçülü uçqun kütlələri diqqəti cəlb edir. Tədqiqatlar zamanı ənənəvi metodlarla yanaşı ərazini əhatə edən iri miqyaslı kosmik çəkilişlərdən istifadə olunmuşdur. Məsafədən çəkilmiş şəkillər uçqunların harada intensiv fəaliyyətdə olduğunu müəyyənləşdirməyə kömək etmişdir. Uçqunlar yaranma intensivliyinə görə rayonlaşdırılmışdır.
Açar sözlər: uçqun, uçqun materialları, dağətəyi, məsafəli metod, peyk çəkilişi
ƏDƏBİYYAT
- Bababəyli N.N. Naxçıvan Muxtar Respublikasında su-qravitasiya və qravitasiya prosesləri. Magistr dissertasiyası. Naxçıvan, 2005, 82 s.
- Bababəyli N.S., Qurbanov Q.H., Əsgərov Ə.M. Naxçıvan Muxtar Respublikası ərazisində cazibə, su-cazibə proseslərinin aerokosmik metodlarla tədqiqinə dair. Naxçıvan Muxtar Respublikasının 95 illik yubleyinə həsr olunmuş respublika elmi konfransının materialları. Naxçıvan 2019. Səh. 326-330.
- Аббасов М.А. Геоморфология Нахичеванской АССР. Баку, Элм, 1970, 150 с.
- Аковецкий В.И. Дешифрирование снимков. Москва, Недра,1983. 374 с.
- Шустера Р., Кризека Р. Оползни. Исследование и укрепление. Москва, Мир, 1981. 366 c.
- Жунов М.М., Саавин В.И. Основы геологии. Москва, 1971. 544 с.
Çapa qəbul olunub: 05 oktyabr 2021
Məqaləni yüklə