Coğrafiya və təbii resurslar

NAR BİTKİSİNİN ÇÜRÜMƏ MƏNŞƏLİ XƏSTƏLİKLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ ÜSULLARI

F.A.Quliyev1, L.A.Hüseynova2

1AMEA Lənkəran Regional Elmi Mərkəzi

2Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

[email protected]   [email protected]

X ü l a s ə

Nar-Punica L. cinsi olub, narkimilər və ya narçiçəklilər fəsiləsinə (Punica­ceae Horan.) mənsubdur. Nar (Punica L.) qışda yarpaqlarını tökən quru sub­tropik iqlim bitkisi olub, çoxsaylı xəstəlik və zərərvericilərin zərərli təsirinə məruz qalır. Nar bitkisində ən çox mikozlara (göbələk mənşəli xəstəliklərə) təsadüf olunur. Nar bitkisinə zərər verən mikozlar içərisində çürümə mənşəli xəstəliklər üstünlük təşkil edir. Məqalədə Gəncə-Qazax iqtisadi-coğrafi rayo­nunun nar plantasiyalarında geniş yayılmış və hər il meydana çıxaraq, nar­çı­lığa iqtisadi cəhətdən böyük ziyan vuran, nar bitkisinin məhsuldarlığını kəskin şəkildə aşa­ğı salan zitioz meyvə çürüməsi (Zythia versoniana Sacc.) xəs­tə­li­yindən bəhs edilir və ona qarşı kompleks mübarizə üsulları göstərilir. Zitioz meyvə çürü­məsi xəstliyi nar bitkisinin ən təhlükəli xəstəliyi olub, birbaşa ge­nerativ repro­duktiv orqana, yəni əmtəəlik məhsula ziyan verir. Təkcə onu de­mək kifayətdir ki, 2019-cu tədqiqat ilində Gəncə-Qazax iqtisadi-coğrafi rayo­nu üzrə bu xəstəliyin ya­yılması 24,5%, intensivliyi isə 7,4% olmuşdur.

Açar sözlər: nar, subtropik meyvə bitkiləri, çürümə, narın çürümə mənşəli xəstəlikləri, zitioz meyvə çürüməsi, mübarizə üsulları

ƏDƏBİYYAT

  1. Bayramova D.B., Qasımov G.R., Heydərli R.R. Nar dəyərli subtropik meyvə bitkisidir. Bakı: “Elm və Təhsil”, 2004, 21 s.
  2. Hüseynova L.A. Nar bitkisinin əsas xəstəlikləri və onlarla mübarizə tədbirləri/AMEA-nın Gəncə böl­mə­sinin Xəbərlər məcmuəsi №3, 2018, s-118-122.
  3. Qurbanov İ.S., Əliyev V.M., Sadıqova N.M., Xankişiyeva E.M., Süleymanova S.C. Nar. Bakı: “Elm və Təhsil”, 2019, 17 s.
  4. Məmmədov C.Ş., Hacıyev T.Y., Əliyev F.Q., Əliyev M.M., Hacıyev Z.V. Narın becərilməsi. Bakı:”Elm və Təhsil”, 2009, 28 s.
  5. Kahramanoğlu İ., Usanmaz S. Nar yetiştiriciliği. Kibrıs, 2005, 50 s.
  6. Metin A., Şahin A., Canıhoş E., Öztürk N. Nar yetiştiriciliği. Ankara, 2012, 33 s.
  7. Özgüven A., Yılmaz C., Yılmaz M., İmrak B., Dikkaya Y. Nar yetiştiriciliği. Kıbrıs, 2015, 29 s.
  8. Асадов К.С., Асадов А.К. Дикорастущие плодовые растения Азербайджана. Баку, 2001, 256 с.
  9. Карашарлы А.С. Гранат и его использование. Баку:”АзерГосИздат”, 1979, 119 с.
  10. Кульков О.П. Культура граната в Узбекистане. Ташкент:”Фон”, 1983, 192 с.
  11. Калюжный Ю.В. Болезни субтропических и тропических плодовых культур и борьба с ними. Киев: Украинская Сельскохозяйственная Академия, 1987, 29 с.

 

Çapa qəbul olunub: 30 avqust 2020

Məqaləni yüklə