Coğrafiya və təbii resurslar

MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA MİQRASİYA PROSESLƏRİ

Z.N.Eminov, V.Z.Abbasova

AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu

AZ 1143, Bakı ş., H. Cavid pr., 115

Xülasə. Əhalinin miqrasiyası siyasi, iqtisadi, sosial, demorqafik və s. proseslər nəticəsində baş verir, az vaxtda ölkənin və onun regionlarının demoqrafik vəziyyətinə ciddi təsir göstərir. Ona görə miqrasiya proseslərinin nizamlanması, onun ölkənin inkişafına, demoqrafik təhlükəsizliyinə uyğun idarə edilməsi vacib vəzifə kimi qarşıda durur. Müstəqilliyin ilk illərindən müşahidə edilən iqtisadi çətinliklər, milli münaqişələrin gərgin xarakter alması respublikada miqrasiya intensivliyinin artmasına səbəb olmuşdur. Bu dövrdə şəhər əhalisinin miqrasiya axını güclü olmuşdur. Bu axın əsasən ölkədən kənara yönəlmişdir.

Son vaxtlarda həyata keçirilən iqtisadi və sosial islahatlar xarici miqrasiyaları azaltsa da, əhalinin Abşeron regionunda toplanması davam edir. Bu isə digər regionların inkişafını ləngidir. Məqalədə ölkədə baş verən miqrasiya prosesləri təhlil olunur, onların nizamlanması istiqamətində təklif və tövsiyələr verilir.

 

Ədəbiyyat:

  1. Azərbaycanın demoqrafik göstəriciləri 2014. Bakı: DSK, 2015, 470 s.
  2. Azərbaycanın əhalisi – 2013, Bаkı: DSК, 2014, 128 s.
  3. Azərbaycanın regionları – 2013. Bаkı: DSК, 2014, 777 s.
  4. Azərbaycan Respublikası əhalisinin 1991-2011-ci illərdə sayı və təbii hərəkəti. Bакı: ДSК.
  5. Azərbaycan Respublikası əhalisinin 2009-cu il si­ya­hıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, yer­ləşməsi, cins, yaş tərkibi və nikah vəziyyəti. Bакı: ДSК, 2010, 629 с.
  6. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çı­raq, 2005, 560 s.
  7. Eminov Z.N. Azərbaycanda əmək ehti­yat­la­rı­nın formalaşmasının demoqrafik problemləri. C.e.d. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı, 2012, 51.
  8. N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov. Azər­baycan Respublikasının iqtisadi, sosial və siyasi coğ­rafiyası. Bakı: Çıraq. 2010, 416 s.

Məqaləni yüklə