MÜASİR MƏRHƏLƏDƏ AZƏRBAYCANIN ŞƏHƏR ƏHALİSİNİN SAYININ DİNAMİKASI
V.Ə.Əfəndiyev
Az 1073, Bakı ş., Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti
Xülasə. Şəhərlərin inkişafı, şəhər əhalisinin sayı və urbanizasiya səviyyəsi ölkənin inkişafının əsas göstəricilərindən biridir. Şəhər əhalisinin sayının artmasına onun iqtisadi və sosial-mədəni bazası, yeni iş yerlərinin yaradılması imkanları, təsərrüfat strukturu və burada əməktutumlu sahələrin rolu təsir göstərir.
Müstəqilliyin ilk illərində şəhərlərin təsərrüfat obyektlərinin fəaliyyətində baş verən geriləmələr, iş yerlərinin azalması, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və miqrasiya axınları bu prosesə də öz mənfi təsirini göstərmişdir. Ona görə bir neçə onillik ərzində ölkədə urbanizasiya səviyyəsi dəyişilməz olaraq qalmışdır. Həyata keçirilən islahatlar bu prosesə hələlik zəif təsir göstərir. Məqalədə bu sahədə yaranan problemlər araşdırılmış, onların aradan qaldırılması istiqamətində təkliflər işlənib hazırlanmışdır.
ƏDƏBİYYAT
Azərbaycanın demoqrafik göstəriciləri 2011. 2012. DSK, Bakı, 458 s.
Azərbaycanın əhalisi – 2011.2012. DSК, Bаkı, 124 s.
Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası. 1999, 16 dekabr. “Azərbaycan” qəz., Bakı.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı. 2006, 26 iyul. “Respublika” qəz, Bakı.
Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, yerləşməsi, cins, yaş tərkibi və nikah vəziyyəti. 2010. ДSК, Bакı, 629 с.
EMİNOV Z.N. 2005. Azərbaycanın əhalisi. Çıraq. Bakı, 560 s.
ƏFƏNDİYEV V.Ə. 2002. Urbanizasiya və Azərbaycanın şəhər yaşayış məskənləri. Bakı Universitetinin nəşriyyatı. Bakı, 397 s.
ƏFƏNDİYEV V.Ə., DƏMİRQAYAYEV Ş.Q. 1995, Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri. Nicat. Bakı, 176 s.
ƏFƏNDİYEV V.Ə., QASIMOVA F.E. 2013. Azərbaycanda qəsəbə. Bakı, 219 s.