MİL-MUĞAN İQTİSADİ RAYONUNUN ŞƏHƏR VƏ KƏND ƏHALİSİNİN DEMOQRAFİK İNKİŞAFINDA BAŞ VERƏN MEYİLLƏR
E.A.Bayramov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2024.59.16.010
X ü l a s ə
Məqalədə Mil-Muğan iqtisadi rayonunun şəhər və kənd əhalisinin demoqrafik inkişafı və bu sahədə yaranan problemlər araşdırılır. Tədqiqat ərazisində şəhər və kənd əhalisinin artım tempi, baş verən meyillər, ölkə səviyyəsi ilə müqayisədə verilərək, bu prosesə təsir edən amillər təhlil edilir. İqtisadi rayonda əhalinin siyahıyaalınması və cari statistik məlumatlardan istifadə edilərək demoqrafik proseslərdən təbii artım, doğum, ölüm göstəricilərinin artım tempi və bu sahədə baş verən dəyişikliklər araşdırılmışdır. Fərqli illərdə iqtisadi rayonun demoqrafik göstəriciləri respublikanın müvafiq göstəriciləri ilə müqayisə olunmuşdur. Əhalinin təbii artımının mütləq göstəriciləri 1999-2023-cü illər ərzində 5 illiklər üzrə təhlil edilmiş və müəyyən olunmuşdur ki, ən böyük artım prosesləri 2009-2013 və 2014-2018-ci illərdə olmuşdur. Məqalədə tədqiqatlar nəticəsində aşkar edilən problemlər müəyyənləşdirilib və onların həlli üçün təkliflər verilmişdir.
Açar sözlər: Mil-Muğan iqtisadi rayonu, şəhər, kənd, əhali, demoqrafik proses, doğum və ölüm.
ƏDƏBİYYAT
- Azərbaycan əhalisi. Bakı-2024, DSK. 138 s
- Azərbaycan Respublikasının coğrafiyası. I cild, Bakı- 2014, Avropa, 530 s.
- Azərbaycan Respublikasının coğrafiyası. II cild, Bakı- 2015, Avropa, 328 s.
- Azərbaycanın demoqrafik göstəriciləri. Bakı -2013, DSK, 489 s.
- Azərbaycanın demoqrafik göstəriciləri. Bakı-2024, DSK, 614 s.
- Azərbaycan Respublikasının siyasi-inzibati bölgüsü. Bakı-2013.
- Bədəlov E.S. Aran iqtisadi-coğrafi rayonunda şəhər məskunlaşmasi və şəhərlərdə demoqrafik inkişaf problemləri. AСС «Coğrafiya və təbii resurslar», 2019-№1, s. 41-48
- Eminov Z.N. Azərbaycanın əhalisi, Bakı- 2005, 365 s.
- Əfəndiyev V. Ə. Urbanizasiya və Azərbaycanın şəhər yaşayış məskənləri. Baku-2002.
- Mehrəliyev E., N.Əyyubov və d. Azərbaycan SSR-də əhalinin məskunlaşma məsələləri, 1986, 220 s.
- Геокчайский Ш.Ю. Сельское расселение и его преобразование. Баку. Азернешр, 1987- стр. 143.
- Лаппо Г.М. География городов. Москва, ВЛАДОС, 1997, 480 с.
- Перцик Е.Н. Геоурбанистика. Москва.: Изд-во Академия, 2009.-432 c.
- Покшишевский В.В. Население и география. Москва.: Изд-во Мысль,1978.- 315с.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
E.A.Bayramov – Mil-Muğan iqtisadi rayonunun şəhər və kənd əhalisinin demoqrafik inkişafında baş verən meyillər. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 59-64.