Coğrafiya və təbii resurslar

LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNİN SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ MƏQSƏDİLƏ TƏKLİF OLUNAN LAYİHƏ VƏ PERSPEKTİVLƏR

Ə.Ş.Məmmədov, C.H.Hüseynov

“HİDROLOQ” MMC, AZ1102, Bakı ş., Tbilisi pr.

[email protected]
DOI: 10.59423/gnr.2024.45.53.003

X ü l a s ə

Mə­qa­lə­də, Lən­kə­ran tə­bii vi­la­yə­ti­nin su eh­ti­yat­la­rın­dan is­ti­fa­də­nin möv­cud və­ziy­yə­ti araş­dı­rıl­mış və sə­mə­rə­li is­ti­fa­də məq­sə­di­lə tək­lif olu­nan la­yi­hə və müm­kün həll va­ri­ant­la­rı ve­ril­miş­dir. Res­pub­li­ka­mı­zın su eh­ti­yat­la­rı­nın di­gər öl­kə­lər­lə mü­qa­yi­sə­də az ol­ma­sı və müa­sir iq­lim də­yiş­mə­lə­ri tə­sir­lə­ri­nin get­dik­cə art­ma­sı su ça­tış­maz­lı­ğı prob­le­mi­ni hiss et­dir­mək­lə ya­na­şı, möv­cud su eh­ti­yat­la­rı­mız­dan in­teq­ra­si­ya­lı is­ti­fa­də­­ni və uy­ğun­laş­ma təd­bir­lə­ri­nin gö­rül­mə­si zə­ru­rə­ti­ni ya­rat­mış­dır. Lən­kə­ran zo­na­sı çay­la­rı­nın 75% tə­mi­nat­lı or­ta il­lik axım həc­mi, təx­mi­nən 633.21 mln.m3  təş­kil edir ki, bu­nun da 65%-i (400 mln. m3) ilin so­yuq döv­rün­də, su­var­ma su­yu­na eh­ti­yac ol­ma­dı­ğı ay­lar­da (no­yabr ÷ mart) for­ma­la­şır. Bə­zi çay­la­rın axı­mı də­ni­zə ge­dib çat­mır və nə­ti­cə­də Xə­zər də­ni­zi­nin sa­hil­ya­nı əra­zi­lə­rin­də ba­taq­lıq­lar və la­qun­la­rın ya­ran­ma­sı­na sə­bəb olur. Əra­zi­də yer­lə­şən çay­la­rın su eh­ti­yat­la­rı­nı tən­zim­lə­mək­lə 60 min hek­ta­ra qə­dər əra­zi­ni  su­var­ma su­yu və 1.2 mil­yon nə­fə­rə qə­dər əha­li­ni isə dai­mi iç­mə­li su ilə tə­min et­mək müm­kün­dür. Çay­la­rın su eh­ti­yat­la­rı­nın tən­zim­lən­mə­si, əha­li­nin su təc­hi­za­tı, su­var­ma, ba­lıq­çı­lıq, tu­riz­min in­ki­şa­fı və di­gər komp­leks məq­səd­lər üçün mü­va­fiq yer­lər­də su an­bar­la­rı­nın ti­kil­mə­si və yerli axımdan səmərəli istifadə edilməsi təklif olunmuşdur.

Açar sözlər: çay şəbəkəsi, su ehtiyatları, su təminatı, su anbarı, məcra, bənd, suvarma suyu.

ƏDƏBİYYAT

  1. Əhmədzadə Ə.C., Həşimov A.C. Ensiklope-diya Meliorasiya və su təsərrüfatı, Bakı. 2016, səh.632.
  2. İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə edilməsi. Bakı. 2017, Mütərcim. 352s.
  3. İmanov F.Ə., Verdiyev R.H., Ağayev Z.B., Hümbətova Ş.Y. Şərqi Azərbaycan çaylarının su eh-tiyatları. Bakı. 2012. 184 s.
  4. Məmmədov M.Ə. Azərbaycanın hidroqrafi-yası. Bakı, “Nafta-Press” 2002. 266 s.
  5. Xалилов Щ.Б. Водохранилища Азербай-джана и их геологические проблемы. Баку, БГУ. 2003. 310с.
  6. Ресурсы поверхностных вод СССР, Выпуск 4, Восточное За-гафгазье, Ленинград. 1971, стр. 227.
  7. Рустамов С.Г., Кащгай Р.М. Водные ресур-сы Азербайджанской ССР. Баку, Элм. 1989, 188 с.
  8. Рустамов С.Г., Кащгай Р.М. Водный баланс Азербайджана. Баку, Элм. 1978. 110 с.

 

Çapa qəbul olunub: 15 noyabr 2024

Məqaləni yüklə

Ə.Ş.Məmmədov, C.H.Hüseynov – Lənkəran təbii vilayətinin su ehtiyatlarından səmərəli istifadə məqsədilə təklif olunan layihə və perspektivlər. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 14-21.