LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNDƏ ÇAY HÖVZƏLƏRİNİN EKOCOĞRAFİ VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
A.Ə.Məlikov
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
Az 1143, Bakı, H.Cavid prosp., 115
Xülasə. Lənkəran təbii vilayətində əhali məskunlaşmasının ildən-ilə getdikcə sıxlaşması, ərazidə faraş tərəvəz və sitrus meyvələri sahələrinin genişləndirilməsi bölgədəki səth sularına olan təlabatı artırmış və nəticədə çay hövzələrinə göstərilən antropogen təsirlər çoxalmışdır. Son illər çay hövzələrinin antropogen yüklənməsi bölgənin əsas ekocoğrafi problemi olaraq qalır. Təbii vilayətdə çay hövzələrinin hər km²-nə düşən əhali və heyvan (ev quşları, iri və xırdabuynuzlu mal-qara) sıxlığına, hövzənin meşəlilik və antropogenləşmə əmsallarına və çayların çirklənmə dərəcəsinin göstəricilərinə əsasən antropogen yüklənmə müəyyənləşdirilmiş və ekocoğrafi vəziyyət qiymətləndirilmişdir. Aparılan tədqiqatlara görə, vilayətin çay sularında suların çirklənmə indeksinin (SÇİ) qiyməti 3,3-5,7 arasında dəyişir. Bölgədə Bolqarçay və Astaraçayın suyu sanitar-gigiyenik normalara görə mülayim çirklənmiş, keyfiyyəti isə III sinfə uyğun gəlir. Digər çayların (İncəçay, Boladıçay, Viləşçay, Lənkərançay, Təngərüçay) suları isə çirklənmiş hesab olunaraq, keyfiyyəti IV sinfə uyğun gəlir.
ƏDƏBİYYAT
- Abduyev M.A. Antropogen yüklənməyə görə çay hövzələrinin ekoloji vəziyyətinin qiymətləndirilməsi (Azərbaycan Respublikası daxilində), AMEA Xəbərləri, Yer elmləri seriyası, № 3, Bakı, 2007, s. 93-97.
- Ağayev Z.B. Lənkəran təbii vilayəti çay sularının keyfiyyətinin qiymətləndirilməsi, Hidrometeorologiya və ətraf mühitin monitorinqi, № 3, Bakı, 2006, s. 101-106.
- Azərbaycanın regionları, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2016, 28 oktyabr). Mənbə: http://www.stat.gov.az/source/regions/.
- Budaqov B.Ə., Qəribov Y.Ə. Təbii landşaftların antropogenləşməsinin əsas istiqamətləri, Azərbaycan Respublikasının konstruktiv coğrafiyası, Bakı, Elm, 2000, s. 158-170.
- Budaqov B.Ə. Azərbaycan Respublikası ərazisinin ekoloji-coğrafi rayonlaşdırılması xəritəsi, Bakı, 2007.
- İmanov F.Ə., Verdiyev R.H. İctimaiyyətin iştirakı ilə Xəzər dənizinə tökülən kiçik çayların mühafizəsi, Bakı, 2006, s. 108.
- Məmmədov R.M., Abduyev M.A. Azərbaycan Respublikasının dağ çaylarından su ilə təminatının ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi, AMEA-nın Xəbərləri, Yer elmləri, №1, 2012, s. 49-54.
- Xəlilov M.Y. Bitki örtüyünün antropogen dəyişməsi və bərpası. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası, Bakı, Elm, 2000, s. 131-157.
- Алексеевский Н.И., Гриневский С.О., Ефремов П.В., Заславская М.Б., Григорьева И.Л. Малые реки и экологическое состояние территории, Водные ресурсы, 2003, т.30, №5, с. 586-595.
- Метод комплексной оценки степени загрязненности поверхностных вод по гидрохимическим показателям, Руководящий документ, Методические указания, 2002, РД 52.24.643.
- Никаноров А.М., Брызгало В.А., Черногаева Г.М. Антропогенно-измененный природный фон и его формирование в пресноводных экосистемах России, Метеорология и гидрология, 2007, №11, с. 62-79.
- Скорняков В.А. Учет распределения антропогенных факторов и антропогенных нагрузок при оценке качества воды, Проблемы гидрологии и гидроэкологии, Изд. МГУ, 1999, т.1, с. 238-261.
- Фащук Д.Я. Оценка антропогенной нагрузки на водосборы Черного и Азовского морей (географо-экологический подход), Водные ресурсы, 1998, т.25, №6, с. 694-711.