LƏNKƏRAN-ASTARA İQTİSADİ-COĞRAFİ RAYONUNDA KƏND ƏHALİSİNİN MƏSKUNLAŞMASI VƏ DEMOQRAFİK İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
H.M.Tahirova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalədə, Lənkəran–Astara iqtisadi-coğrafi rayonunda kənd əhalisinin məskunlaşması və onun demoqrafik inkişaf xüsusiyyətləri, bu sahədə olan problemlər və onların həlli yolları müəyyənləşdirilmişdir. Həmçinin, kənd qrupları və onlarda məskunlaşan əhalinin say dinamikası onilliklər üzrə təhlil edilmişdir. Belə ki, kənd qrupları və onlarda olan əhalinin sayı məskunlaşmanın tənzimlənməsində, demoqrafik inkişafda və təsərrüfat sahələrinin ərazi təşkilində əsaslı rol oynayırlar. Burada kəndlərin 43,1%-nin əhalisinin sayı 500-2000 nəfər arasında dəyişir. Bu kəndlərdə iqtisadi-coğrafi rayonun kənd əhalisinin təqribən yarısı toplanmışdır. İqtisadi-coğrafi rayonun kənd yaşayış məntəqələrinin 11,5%-i əhalisi 2000-dən çox olan kəndlərin payına düşür ki, onlarda məskunlaşan əhali kənd əhalisinin 41,2%-ni təşkil edir.
Kənd məskunlaşma sistemində və demoqrafik inkişafda mühüm rol oynayan amilərdən biri də kəndlərin sosial-iqtisadi vəziyyətidir. Əhalinin daha sıx yerləşdiyi Lənkəran ovalığında olan kəndlərdən fərqli olaraq dağlıq ərazilərdə pərakəndə və kortəbii halda yerləşən kəndlər çoxluq təşkil edir. Bu isə kiçik dağ kəndlərinin sosial-iqtisadi inkişafında, infrastruktur və nəqliyyat problemlərinin həll olunmasında çətinliklər törədir. İqtisadi-coğrafi rayonda kəndlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər öz növbəsində kənd məskunlaşma sisteminin formalaşmasına və demoqrafik inkişafına da müsbət təsir göstərər.
Açar sözlər:
iqtisadi-coğrafi rayon, kənd məskunlaşması, demoqrafik inkişaf, kənd əhalisi, təbii artım, doğum, ölüm
ƏDƏBİYYAT
- Azərbaycanın demoqrafik göstəriciləri 2018. Bakı, DSK, 2019, 512 s.
- Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı: 2015, 400 s.
- Azərbaycanın əhalisi 2018. Bakı: DSK, 2019, 134 s.
- Azərbaycan Respublika əhalisinin 1999-cu il siyahıyaalınmasının yekunları. I c.Əhalinin sayı, cins yaş tərkibi. Bakı: DSK, 2000, 565 s.
- Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalınmasının yekunları. I c. Bakı, Səda, DSK, 2010, 629 s.
- Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması. Bakı, Avropa nəşriyat, 2019, 216 s.
- Lənkəran iqtisadi rayonunun pasportu Bakı, 2015, 67 s.
- Eminov Z.N. Lənkəran –Astara iqtisadi rayonunda müasir demoqrafik vəziyyətin iqtisadi-coğrafi problemləri // İnsan və ətraf mühit münasibətləri. ACCƏ, XX cild, 2017. səh. 353
- Eminov Z. N. Azərbaycanın əhalisi. Bakı, Çıraq, 2005, 560 s.
- Kərimov R.N. Lənkəran-Astara iqtisadi rayonunda kənd məskunlaşması və onun davamlı inkişaf problemləri//Coğrafiya və təbii resurslar, № 1. Bakı, 2015, səh.91
Çapa qəbul olunub: 05 oktyabr 2021
Məqaləni yüklə