LƏNKƏRAN−ASTARA İQTİSADİ RAYONUNDA ƏMƏK BAZARININ İDARƏ EDİLMƏSİ
S.Q.Əzizov
Lənkəran Dövlət Universiteti
AZ4200, Lənkəran ş., General H.Aslanov xiyabanı, 50
Xülasə. Əmək ehtiyatlarının səmərəli istifadə edilməsi mühüm iqtisadi və sosial-demoqrafik vəzifələrdən biridir. Problem müxtəlif yollarla həll edilir. Təbii artımın yüksək olduğu ərazilərdə daha fəal məşğulluq siyasəti həyata keçirilməsi tələb olunur. Belə ərazilərə Lənkəran-Astara iqtisadi rayonunu da aid etmək olar. İqtisadi rayonun mühüm kənd təsərrüfatı regionu olduğunu nəzərə alaraq onun ayrı-ayrı sahələrində məhsuldarlığın artırılması, təbii-coğrafi şəraitə uyğun bitkilərin becərilməsi, onların emalını həyata keçirən müəssisələrin yaradılması vacibdir. Rütubətli subtropik ərazi kimi burada çay əkinlərinin genişləndirilməsi, çəltik əkilməsi, sitrus meyvəçiliyinin inkişafı məşğulluğun və ölkənin ərzaq təminatının yüksəldilməsində mühüm addımlar hesab olunur.
İqtisadi rayonda əməktutumlu yüngül sənayeyə aid toxuculuq və tikiş obyektləri yaradıla bilər. Sosial xidmət sahələrinin, o cümlədən turizm, mədəni-məişət xidməti sahələrinin inkişafı əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə yanaşı, məşğulluğa da şərait yaradan amillərdir.
ƏDƏBIYYAT
- Azərbaycanın demoqrafik göstəriciləri – 2014. Bakı: DSK, 2015, 470 s.
- Azərbaycanın əhalisi – 2013, Bаkı: DSК, 2014, 136 s.
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər). “Azərbaycan” qəz., Bakı, 2004, 13 fevral.
- Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. “Respublika” qəz, Bakı, 2009, 16 aprel.
- Azərbaycan Respublikasının Məşğuluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı. “Respublika” qəz, Bakı, 2011, 16 noyabr.
- Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, cins-yaş tərkibi. Bакı: ДSК, 2000, 565 с.
- Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, yerləşməsi, cins, yaş tərkibi və nikah vəziyyəti. Bакı: ДSК, 2010, 629 с.
- Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı, 2015, 328 s.
- Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, 400 s.
- Azərbaycanın regionları 2013. Bakı 2014, DSK, 778 s.
- Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.
- Eminov Z.N. Azərbaycanda əhalinin məşğulluq problemləri. AMEA xəbərləri, “Yer elmləri” seriyası, 2006, № 4, s. 81-86.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- Regionların sosial-iqtisadi inkişafı (2004-2008). Yanvar 2007. Bakı, 2007.
- Regionların sosial-iqtisadi inkişafı (2009-2013). Yanvar 2014. Bakı, 2014.