Coğrafiya və təbii resurslar

KƏLBƏCƏR RAYONUNUN BƏZİ TOPONİMLƏRİNİN TARİXİ-COĞRAFİ MƏNŞƏYİ HAQQINDA

M.O.Təhməzov

[email protected]

X ü l a s ə

Milli və mənəvi sərvətlərimiz olan toponimlərin toplanması və mənşəyinin öyrənilməsi tarixi, ictimai və siyasi baxımdan olduqca aktualdır. Təəssüf ki, uzun illər işğal altında qalan torpaqlarımızın yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən talan olunmuş,  yer adları dəyişdirilərək erməni­ləş­diril­mişdir. Toponimlərin mənşəyinin saflığını qorumaq, tarixi-milli də­yə­rini gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycanlının müqəddəs vətən­daşlıq borcudur. Məqalə Kəlbəcər rayonunun toponimiyasında əhəmiyyət kəsb edən və xüsusi yer tutan oro­nim­lərə həsr olunmuşdur.  Oronimlər Kəl­bəcər ra­yo­nunun işğalı dövründə Azər­bay­canın müxtəlif şəhər və rayon­larında məs­kunlaşmış kəlbəcərlilərdən sorğu vasitəsilə toplanmışdır. Məqalədə ilk dəfə elmi ədəbiyyata daxil olmayan bir çox oro­nim­lər – dağ, dərə, təpə, qaya adları və onların mənşəyi haqqında məlumatlar verilir.

Açar sözlər: Kəlbəcər, relyef, oronim, mənşə, toponim.

 

ƏDƏBİYYAT

  1. Təhməzov M.O. “Kəlbəcər. Ensik­lo­pe­dik məlu­matlar. Toponimlər, fotoşəkillər, xəritələr”. Mo­noqra­fi­ya. Bakı,  2008, 2011.
  2. Təhməzov M.O. “Kəlbəcər. Ensiklopedik məlu­mat­lar”.  Monoqrafiya.  Bakı,  2013.

 

Çapa qəbul olunub: 18 dekabr 2022

Məqaləni yüklə