İQLİM DƏYİŞMƏLƏRİ VƏ ONUN REGİONAL TƏSİRLƏRİ
S.E.Kazımova
Azərbaycan Kooperasiya Universiteti
N.Nərimanov 93, Bakı Nərimanov, Az1106
X ü l a s ə
Planetimizdə gedən iqlim dəyişmələri, onun təsirlərinin qiymətləndirilməsi, iqlimin proqnozlaşdırılması dünya alimlərinin, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, BMT-nin nəzdində hələ 1992-ci ildə Rio-de-Janeyro şəhərində Iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası yaradılmış və bu sahədə ən ali hüquqi sənəd sayılan «Kioto Protokolu» qəbul edilmişdir.
Azərbaycan Respublikasının ərazisində iqlim dəyişmələri əsasən tədrici artan dinamika ilə 1980-ci ildən sonra müşahidə olunur. Belə ki, R.Mahmudovun, R.Verdiyevin tədqiqatları göstərir ki, 1980-1982-ci illərdən başlayaraq əsas iqlim göstəriciləri olan temperatur, yağıntı, külək və s. elementlərin illik dinamikasında dəyişikliklər baş verir və bu dəyişmə 1995-ci ildən sonra daha intensiv xarakter almışdır. Ərazidə iqlim dəyişmələrinin regional təsirlərini müəyyənləşdirmək, əsas iqlim göstəricilərinin fəsli və illik paylanma xüsusiyyətlərini araşdırmaq işin əsas məqsədidir. Tədqiqat işində iqlim dəyişmələrinin əsas göstəricilərinin genetik və statik dəyişmə dinamikası aşkar edilmişdir. İqlim dəyişmələrinin təsiri nəzərə alınmaqla onların fəsli və illik dəyişmələri müəyyən edilmişdir.
Açar sözlər: İqlim dəyişiklikləri, yağıntı, temperatur, regional təsir, maksimal gündəlik yağıntı layı, fəsli temperatur, fəsli yağıntı
ƏDƏBIYYAT
- İmanov F.Ə. Hidrologiyanın nəzəri əsasları, BDU-nun nəşriyyatı, Bakı 2014 2 IIs.
- Verdiyev R.H. Iqlim dəyişmələrinin respublikanın çay hövzələrinin su balansına təsiri. «Insanların həyat fəaliyyətinin təhlükəsizliyinə aid məruzələr və tezislər», Bakı, 4-5 fevral, 1999-cu il, səh.50-51
- Mahmudov R.N. Hidrometeoroloji tədqiqatlar və iqlim dəyişmələri. Iqlim Dəyişmələri üzrə Milli Mərkəzin bülleteni, Bakı, 1998, №2, səh.27-30.
- Mahmudov R.N. Hidrometeorologiya, iqlim dəyişmələri, təbii fəlakətlər və həyat. «Ziya-Nurlan», 76 s.
- Hüseynov H.Ş. Sinoptik meteorologiya, MAA nəşriyyatı, Bakı, 2011, 316 s
- Вердиев Р.Г.Водные ресурсы рек Восточного Кавказа в условиях изменения климата, Баку, 1999, 2002, 224 с.
- Материалы Всероссийского Гидрологического съезда, Росгидромет, Санкт-Петербург, 2013, 101 с.
- Махмудов Р.Н. Прогноз дождевых поводков на реках Азербайджана, Bakı, Ziya, 2001 NPM “Nurlan” səhifə 204.
- Махмудов Р.Н Региональные климатические изменения и региональный сток в Азербайджане, Гидрометеиздат, Москва, 2016, №9, с 63-69.
- 10. Наш будущий климат, ВМО, №952, Женева Швейцария, 2003, 36с23.
- Climate change 1995. The sicence of climate change. O.T OT Hought on et. Ac. (ed) II Cambridge, 199 6, 627 p.
Çapa qəbul olunub: 01 mart 2021
Məqaləni yüklə