GEOSPATİAL TEXNİKA METODUNDAN İSTİFADƏ ETMƏKLƏ XƏZƏR DƏNİZİ SAHİL ZONASININ DİNAMİKASININ QİYMƏTLƏNDİRİLMƏSİ (ABŞERON SAHİL YARIMVİLAYƏTİ TİMSALINDA)
T.T.Məmişova
MAKA, Ekologiya İnstitutu, Bakı ş., S.S. Axundov küçəsi 1, AZ1115
X ü l a s ə
Son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi sahil zonasının infrastrukturuna ciddi təsir göstərir. Təqdim olunan məqalə 1986 və 2019-cu illər üçün Landsat MSS, OLI peyk təsvirlərindən istifadə etməklə Xəzər dənizinin Abşeron yarımvilayəti (Sumqayıtçaydan Ceyrankeçməz çayına qədər) sahil zonası və sahil xəttinin identifikasiyası və dinamikasının, geomorfoloji proeslərin təsir arealları və kəmiyyət göstəricilərinin tədqiqinə həsr edilmişdir. Sahildə uzun müddət ərzində baş verən dəyişiklikləri qiymətləndirilməsi üçün müvafiq proqram təminatlarının köməyilə peyk təsvirləri emal edilmiş və müxtəlif yarı avtomatlaşdırılmış üsullar ((Tasseled Cap (Brightness, Wetness, Greenness) və DSAS-Digital Shoreline Analysis System)) tətbiq etməklə tədqiqat ərazisində akkumulyasiya, sahələrin stabilliyi və abraziya prosesləri kəmiyyətcə qiymətləndirilmişdir. Nəticələr dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil zonasında baş verən dəyişiklikləri əyani şəkildə göstərən xəritələr və cədvəllər şəklində təqdim olunur.
Açar sözlər: morfologiya, sahil xətti, dinamika, peyk təsviri, məsafədən zondlama, abraziya, akkumulyasiya.
ƏDƏBİYYAT
- Curran PJ. Principles of remote sensing. London Scientific and Technical Group, Essex, England 1985; p. 282.
- Ghosh SK, Shankar B. Segmentation of remotely sensed images with fuzzy thresholding, and quantitative evaluation. International Journal of Remote Sensing 2000; 21 (11): pp. 2269-2300.
- Khorram S, Biging GS, Chrisman NR, Colby DR, Congalton R G, Dobson JE, Ferguson RL, Goodchild MF, Jensen JR, Mace TH.Accuracy assessment of remote sensing-derived change detection. ASPRS, Bethesda; MD, 1999. P. 64.
- Khorram, S., Brockhaus, J.A., and Geraci, A.L. (1991) A regional assessment of land use/land cover types in Sicily with TM data. International Journal of Remote Sensing, 12(1), pp 69-78.
- Mausel PW, Kamber WJ, Lee JK. Optimum band selection for supervised classification of multispectral data. Photogrammetric Engineering & Remote Sensing 1990; 56: pp. 55-60.
- Müseyibov M.A., Budaqov B.A. Şirinov N.Ş “Ümumi geomorfologiya Bakı, 2012, 303 s.
- Oyedotun T.D.T.Shoreline Geometry: DSAS as a Tool for Historical Trend Analysis // British Society for Geomorphology. Geomorphological Techniques. 2014. Chap. 3, Sec. 2.2
- Rasuly A., Naghdifar R., Rasoli M. Monitoring of Caspian Sea Coastline Changes Using Object-Oriented Techniques, Procedia Environmental Sciences Volume 2, 2010, pp. 416-426.
- Şirinov N.Ş., Vəliyev X.Ə., Əliyev Y.Q. Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası. Bakı, 1998, 189 s.
- Yamamoto, K.H., and Finn, M.P (2012): Approximating tasseled cap values to evaluate brightness, greenness, and wetness for the Advanced Land Imager (ALI): U.S. Geological Survey Scientific Investigations Report 2012–5057, 9.
- А.С.Алиев “Подъем уровня Каспийского моря и затопление прибрежной зоны Азербайджанской Республики” «Элм» Баку, 2021, 143 с.
Çapa qəbul olunub: 05 oktyabr 2021
Məqaləni yüklə