GƏNCƏ–QAZAX İQTİSADİ RAYONUNDA TƏSƏRRÜFAT STRUKTURUNUN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ SƏNAYENİN ROLU
X.Ş.Cəfərova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Gəncə-Qazax iqtisadi rayonunda sənaye müəssisələri əsasən yerli xammal və ehtiyatlara əsasalandığına görə inzibati rayonlar üzrə sənaye müəssisələri bir-birindən fərqlənir. İnzibati rayonlar üzrə müəsisələrin, onlarda çalışan işçilərin sayı və əsas məhsul növlərinin natura ifadəsində istehsalı müqayisəli təhlil olunmuşdur. Müəssisələrin sayının çoxluğuna görə Qazax rayonu (10,3%), işçilərin sayına görə isə Şəmkir rayonu (9,4%) fərqlənir. İnzibati rayonlar üzrə ümumi sənaye məhsulunun həcminin 21,1%-i Gədəbəy rayonunun payına düşür. İqtisadi rayonun sənayesinin inkişafında rol oynayan amillərdən biri də özəlləşdirmə və sahibkarlıq fəaliyyətidir. Ümumi sənaye məhsulu həcminin 69,2%-i özəl, 30,8%-i isə dövlət sektorunun payına düşür.
Məqalədə iqtisadi rayonda sənayenin inkişafi, bu sahədə olan problemlər və onların həlli yolları müəyyənləşdirilmiş, həmçinin regionda yerləşən sənaye müəssisələri və onlarda iş yerlərinin sayı illər üzrə təhlil edilmişdir. İqtisadi rayonun sənaye sahələri ayrı-ayrılıqda təhlil olunmuş, sahələr üzrə həyata keçirilməsi zəruri olan tədbirlər, istehsal olunan məhsulların həcminin artırılması yolları işlənib hazırlanmışdır.
Açar sözlər: sənaye, inzibati rayon, emaledici sənaye, mədənçıxarma sənayesi, sahibkarlıq
ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının coğrafiyası. III cild, Regional coğrafiya, Bakı, Avropa nəşriyyatı, 2015. 398 s.
- Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq. Bakı DSK, 2019 268 s.
- Azərbaycanın sənayesi 2008. Bakı, DSK, 2009, 249 s.
- Azərbaycanın sənayesi 2018. Bakı, DSK, 2019. 579 s.
- Azərbaycan regionlarında tarazlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişaf istiqamətləri, AMEA İqtisadiyyat İnstitutu. Bakı, Elm, 2013, 302 s.
- Azərbaycanın regionları 2018. Bakı, DSK, 2019. 786 s.
- Azərbaycanda tikinti 2018. Bakı, DSK, 2019. 264 s.
- Bağırova F.R. Gəncə-Daşkəsən sənaye qovşağının formalaşmasında aqrar-sənaye kompleksinin rolu: Coğrafiya və təbii resurslar jurnalı. №2 2018. səh. 81-87.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- Regionların sosial-iqtisadi inkişafı (2004-2008 – ci illər) Bakı: DSK, 2009, 525 s.
- Regionların sosial – iqtisadi inkişafı (2009-2013- cü illər) Bakı: DSK 2013, 548 s.
- Yeni iş yerləri, statistik məcmuə. Bakı, DSK, 2013, 292 s.
- Yeni iş yerləri, statistik məcmuə. Bakı, DSK, 2019, 202 s.
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə