Coğrafiya və təbii resurslar

GƏNCƏ-DAŞKƏSƏN VƏ QAZAX-TOVUZ İQTİSADİ RAYONLARININ KƏND MƏSKUNLAŞMASI VƏ ONLARIN DAVAMLI DEMOQRAFİK, SOSİAL-İQTİSADİ İNKİŞAFI MƏSƏLƏLƏRİ

N.H.Əyyubov, N.B.Paşayeva

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

nigar [email protected]

X ü l a s ə

Məqalədə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının kənd məskunlaşmasının inkişaf xüsusiyyətləri ümumi və regional aspektdə təhlil olunur. Əhalinin məskunlaşmasına dair xəritə-sxem və cədvəl tərtib olun­muşdur. Kəndlərin sosial-iqtisadi bazasının demoqrafik inkişafdan geri qalması müəyyənləşdirilir. Dəyişən ictimai-siyasi mühitin, iqtisadi mövqeyin kəndlərin inkişafına təsiri araşdırılır. Perspektiv inkişaf istiqa­mətləri müəy­yənləşdirilir. Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının kənd əha­lisinin müvafiq orta respublika səviyyəsi ilə müqayisədə az olması əsasən regionun Ermənistanla həmsərhəd coğrafi mövqeyi ilə əla­qədardır. Sər­həd­boyu kənd yaşayış məntəqələrinin mütəmadi olaraq Er­mə­nistan ordusu tərə­findən atəşə tutulması, əhalinin təsərrüfat fəaliyyəti ilə tam təhlükəsiz məşğul ola bilməməsi və işsizlik ilə əlaqədar əmək qabiliyyətli əha­linin bu yerlərdən kənarlara miqrasiyası buna səbəb olmuşdur. Gəncə şəhəri istisna olmaqla uzun müddət formalaşan demoqrafik potensiala müvafiq iş yerlərinin çatışmaması yerli əhalinin, xüsusən də gənclərin iqtisadi rayonun hüdud­la­rından kənara miqrasiyasına səbəb olmuşdur.

Açar sözlər: demoqrafiya, davamlı inkişaf, kənd əhalisi, məskunlaşma, kənd yaşayış məntəqəsi, regional xüsusiyyət

 

ƏDƏBİYYAT

  1. Azərbaycanın əhalisi, Bakı 2018
  2. Azərbaycanın demoqrafik göstəriciləri, 2018, Bakı. DSK.
  3. Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalmasının yekunları. XIII cild. 2010.
  4. Azərbaycan Respublikasının coğrafiyası. II cild. Avropa, Bakı. 2013, 501 s.
  5. Bünyadov T.Ə. “Azərbaycan etnoqrafiyası”, Bakı 2007, I cild, 544 səh.
  6. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı, 2005. Çıraq, 560 s.
  7. Əyyubov N.H. “Azərbaycan Respublikasının qlobal iqtisadi-siyasi dəyişikliklərə uyğunlaşmasının bəzi iqtisadi-coğrafi məsələləri”.”Coğrafiya və təbii re­surslar” №1, Bakı-2017.
  8. Əyyubov N.H., Paşayeva N.B. “Azərbaycanın kənd əhalisinin təbii artımının inkişaf xüsusiyyəti və tənzimlənməsi məsələləri”. AMEA-nın “Xəbərlər” məcmuəsi, 2018, cild 5, №4. Səh.41-47.
  9. Gəncə-Qazax iqtisadi rayonunun pasportu. Ba­kı, 2012, 55 s.
  10. Mehrəliyev E.Q., Əyyubov N.H., Sadıqov M.O. Azərbaycan SSR-də əhalinin məskunlaşması mə­sələləri. Bakı, 1988. Elm, 196 s.
  11. Məmmədov R., Eminov Z., Əyyubov N. Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskun­laşma, resurslar və perspektivlər. Müstəqillik yollarında 25. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2016. səh. 382-486. 627 s.
  12. Эюбов Н.Г., Закиряева Н.Т. «Современные особенности и проблемы социально-эко­номи­чес­кого и демографического развития приграничных территорий Азербайджанской Республики». Геогра­фия и геоэкология на службе науки и иннова­ци­онного образования. Выпуск 13. Красноярск-2018. Стр. 200-203.

 

Çapa qəbul olunub: 15 dekabr 2021

Məqaləni yüklə