NAXÇIVAN MR-İN TƏBİİ LANDŞAFTLARININ TRANSFORMASİYASININ SAV, NDV VƏ NDM İNDEKSLƏRİNDƏ YARATDIĞI DƏYİŞİKLİKLƏR
L.P.İbrahimova
Naxçıvan Dövlət Universiteti, AZ7012, Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi.
DOI: 10.59423/gnr.2023.47.24.006
X ü l a s ə
Məqalədə Naxçıvan MR ərazisində yayılmış landşaftları, onlarda transformasiya prosesini intensivləşdirən səbəbləri, həmçinin nəticələri təhlil edilmişdir. Landşaftların transformasiyası həm təbii, həm də antropogen təsirlər nəticəsində baş verir. Onların intensivliyi geosistemlərdə landşaftlarda geri dönməyən dəyişikliklər yarada bilir. Tədqiqat zamanı müasir metodlardan istifadə edilmişdir. Landsat 5, 8 və 9 peykinin məlumatları emal edilmiş və nəticələr müqayisə edilmişdir. Bitki örtüyünü öyrənmək və müqayisə etmək üçün SAV və NDV indeksindən, su örtüyünü təhlil etmək üçün NDW və NDM indeksindən istifadə edilmişdir. Landsat 5 peykinin 1987-ci ilə aid olan, Landsat 8 və 9 peykinin 2022-ci ilə aid olan şəkilləri emal edilmişdir. Müəyyən edilmişdir ki, antropogen və təbii təsirlər nəticəsində landşaftın komponentləri dəyişilmişdir. Su hövzələrində suyun səviyyəsi azalmış, sahəsi kiçilmiş, bitki ilə örtülmə dərəcəsi zəifləmişdir. Həmçinin rütubətlilik aşağı düşmüşdür. SAV indeksinin mənfi qiymət aldığı ərazilərin sahəsi 91% kiçilmiş,müsbət indeksli ərazilərin sahəsi isə artmışdır. NDM indeksinin 0,2-ə qədər olduğu ərazilərin sahəsi artmış, digər indeksli ərazilərin sahəsi isə kiçilmişdir. NDW indeksinin 0,4-ə qədər olan ərazilərin sahəsi artmış, indeksin 0,4-dən yüksək olduğu ərazilərin sahəsi kiçilmişdir.
Açar sözlər: Naxçıvan MR, CİS, Məsafədən zondlama, landşaft, SAVİ, NDMİ, NDWİ
ƏDƏBİYYAT
- Babayev S. Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, Elm, 1999, 298 s
- Bababəyli N. S. Arazboyunda landşaftın deqradasiya problemləri. Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri. Simpoziumun material- ları. Naxçıvan 2009, s. 378-381
- Naxçıvan Muxtar Respublikasının coğrafiyası, I cild, Bakı: Avropa, 2017, 262 s.
- Naxçıvan Muxtar Respublikasının coğrafiyası II cild, Bakı: Avropa, 2017, 384 s.
- Allbed A., Kumar L. Soil Salinity Mapping and Monitoring in Arid and Semi-Arid Regions Using Remote Sensing Technology: A Review // Advances in Remote Sensing, 2013, №2, pp. 373-385.
- Baude M., Meyer B.C., Schindewolf M. Land use change in an agricultural landscape causing degradation of soil based ecosystem services. Science of the Total Environment, №659, 2019, pp. 1526–1536
- Bellard C., Bertelsmeier C., Leadley P., Thuiller W., and Courchamp F., “Impacts of climate change on the future of biodiversity,” Ecol. Lett., vol. 15, no. 4, 2012, pp. 365-377.
- Golyeva A A., Vinokurov N.I. Anthropogenic transformation of landscapes in ancient times (on the example of the town of Artesian in Crimean Pryazovia), Earth Environ. Sci., №579, 2020, pp. 90-101
- Huete A.R. A soil-adjusted vegetation index (SAVI), Remote Sensing of Environment, Vol 25, 2018, pp. 295–309
- Ismayilov M.J. Anthropogenic transformation of landscapes in arid climate conditions and their risks. Journal of Geology, Geography and Geoecology, №31 (4), 2023, pp. 653-658
- Szilassi P., Bata T., Szabó Sz., Czúcz B., Molnár Zs., Mezősi, G. The link between land-scape pattern and vegetation naturalness on a regional scale. Ecological Indicators, №81, 2017, pp. 252–259
- Xu H. Modification of Normalized Difference Water Index (NDWI) to Enhance Open Water Features in Remotely Sensed Imagery. International Journal of Remote Sensing, №14(27), 2006, pp. 3025-3033
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
L.P.İbrahimova Naxçıvan MR-in təbii landşaftlarının transformasiyasının SAV, NDV VƏ NDM indekslərində yaratdığı dəyişikliklər. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 39-45.