Coğrafiya və təbii resurslar

NAXÇIVAN MR-İN TƏBİİ LANDŞAFTLARININ TRANSFORMASİYASININ SAV, NDV VƏ NDM İNDEKSLƏRİNDƏ YARATDIĞI DƏYİŞİKLİKLƏR

L.P.İbrahimova  

Naxçıvan Dövlət Universiteti, AZ7012, Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi.

[email protected]

DOI: 10.59423/gnr.2023.47.24.006

X ü l a s ə

Məqalədə Naxçıvan MR ərazisində yayılmış landşaftları, onlarda trans­for­ma­siya prosesini intensivləşdirən səbəbləri, həmçinin nəticələri təhlil edil­miş­dir. Landşaftların transformasiyası həm təbii, həm də antropogen tə­sirlər nə­ti­cə­sində baş verir. Onların intensivliyi geosistemlərdə landşaftlarda geri dön­məyən dəyişikliklər yarada bilir. Tədqiqat zamanı müasir metodlardan istifadə edilmişdir. Landsat 5, 8 və 9 peykinin məlumatları emal edilmiş və nəticələr müqayisə edilmişdir. Bitki örtüyünü öyrənmək və müqayisə etmək üçün SAV və NDV indeksindən, su örtüyünü təhlil etmək üçün NDW və NDM indek­sin­dən istifadə edilmişdir. Landsat 5 peykinin 1987-ci ilə aid olan, Landsat 8 və 9 peykinin 2022-ci ilə aid olan şəkilləri emal edilmişdir. Müəyyən edilmişdir ki, antropogen və təbii təsirlər nəticəsində landşaftın komponentləri dəyi­şil­mişdir. Su hövzələrində suyun səviyyəsi azalmış, sahəsi kiçilmiş, bitki ilə ör­tülmə dərəcəsi zəifləmişdir. Həmçinin rütubətlilik aşağı düşmüşdür. SAV indeksinin mənfi qiymət aldığı ərazilərin sahəsi 91% kiçilmiş,müsbət indeksli ərazilərin sahəsi isə artmışdır. NDM indeksinin 0,2-ə qədər olduğu ərazilərin sahəsi artmış, digər indeksli ərazilərin sahəsi isə kiçilmişdir. NDW indeksinin 0,4-ə qədər olan ərazilərin sahəsi artmış, indeksin 0,4-dən yüksək olduğu əra­zilərin sahəsi kiçilmişdir.

Açar sözlər: Naxçıvan MR, CİS, Məsafədən zondlama, landşaft, SAVİ, NDMİ, NDWİ

ƏDƏBİYYAT

  1. Babayev S. Y. Naxçıvan Muxtar Respubli­ka­sı­nın coğrafiyası. Bakı, Elm, 1999, 298 s
  2. Bababəyli N. S. Arazboyunda landşaftın deq­ra­dasiya problemləri. Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri. Simpoziumun material- ları. Naxçıvan 2009, s. 378-381
  3. Naxçıvan Muxtar Respublikasının coğrafiyası, I cild, Bakı: Avropa, 2017, 262 s.
  4. Naxçıvan Muxtar Respublikasının coğrafiyası II cild, Bakı: Avropa, 2017, 384 s.
  5. Allbed A., Kumar L. Soil Salinity Mapping and Monitoring in Arid and Semi-Arid Regions Using Re­mote Sensing Technology: A Review // Advances in Re­mote Sensing, 2013, №2, pp. 373-385.
  6. Baude M., Meyer B.C., Schindewolf M. Land use change in an agricultural landscape causing degra­dation of soil based ecosystem services. Science of the Total Environment, №659, 2019, pp. 1526–1536
  7. Bellard C., Bertelsmeier C., Leadley P., Thu­il­ler W., and Courchamp F., “Impacts of climate change on the future of biodiversity,” Ecol. Lett., vol. 15, no. 4, 2012, pp. 365-377.
  8. Golyeva A A., Vinokurov N.I. Anthropogenic transformation of landscapes in ancient times (on the example of the town of Artesian in Crimean Pryazovia), Earth Environ. Sci., №579, 2020, pp. 90-101
  9. Huete A.R. A soil-adjusted vegetation index (SAVI), Remote Sensing of Environment, Vol 25, 2018, pp. 295–309
  10. Ismayilov M.J. Anthropogenic transformation of landscapes in arid climate conditions and their risks. Journal of Geology, Geography and Geoecology, №31 (4), 2023, pp. 653-658
  11. Szilassi P., Bata T., Szabó Sz., Czúcz B., Mol­nár Zs., Mezősi, G. The link between land-scape pattern and vegetation naturalness on a regional scale. Eco­lo­gi­cal Indicators, №81, 2017, pp. 252–259
  12. Xu H. Modification of Normalized Difference Water Index (NDWI) to Enhance Open Water Features in Remotely Sensed Imagery. International Journal of Remote Sensing, №14(27), 2006, pp. 3025-3033

Çapa qəbul olunub: 20 dekabr 2023

Məqaləni yüklə

L.P.İbrahimova Naxçıvan MR-in təbii landşaftlarının transformasiyasının SAV, NDV VƏ NDM indekslərində yaratdığı dəyişikliklər. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 39-45.