BÖYÜK QAFQAZ VİLAYƏTİ ƏHALİSİNİN YAŞAYIŞ KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASINDA MƏŞĞULLUQ PROBLEMİNİN HƏLLİ
Z.N.Eminov, T.M.Hüseynova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2023.36.11.010
X ü l a s ə
Dövlətin həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin əsas göstəricilərindən biri də əhalinin məşğulluq probleminin həll edilməsidir. Regionlarda əmək bazarının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılmasının sürətləndirilməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi vacib məsələlərdəndir. Bu baxımdan məqalədə Böyük Qafqaz vilayətində məşğul əhalinin sayı, onun iqtisadi fəaliyyət növləri bölgüsündə sayı, yeni iş yerləri haqqında məlumat verilmişdir. Təhlillər əhalinin siyahıyaalma materialları və 2000-2020-ci illər üzrə statistik məlumatlar əsasında hesablanmış və bu sahədə baş verən dəyişikliklər öyrənilmişdir. 2009 və 2020-ci illər üzrə məşğulluq strukturu iqtisadi rayonlar üzrə müqayisəli təhlil edilmişdir. Eyni zamanda vilayətdə yaşayış keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əhalinin perspektiv məşğulluğu araşdırılmışdır. Bu zaman qarşıya çıxan məşğulluq problemlərinin həlli yolları təhlil edilir və onların aradan qaldırılması üçün müvafiq tövsiyyələr verilmişdir.
Açar sözlər: Böyük Qafqaz vilayəti, yaşayış keyfiyyəti, məşğul əhali, məşğulluq strukturu, yeni iş yerləri.
ƏDƏBİYYAT
- Azərbaycanın regionları. Bakı, DSK, 2021, 828 s.
- Azərbaycan Respublikası əhalisinin siyahıya¬alınması, 2009-cu il. XIX cild. Bakı: 2011.
- Azərbaycan Respublikasının Coğrafiyası “Regional coğrafiya” III cild. AMEA, akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2015, 40 s.
- Azərbaycan Respublikasında kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri, Bakı, 2021, 552 s.
- Ağakişiyeva G.R. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin işlə təminatında turizmin rolu. // “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda elmi konfransın materialları, Bakı, 2016, s.465-475
- Eminov Z.N. Azərbaycan əhalisi. Bakı: 2005, 558 s.
- Eminov Z.N., Rzayeva S.İ. Azərbaycan Respublikasında əhalinin həyat keyfiyyətinin müasir vəziyyəti. Bakı, “Region Press” MMC, 2022, 240 s.
- Hüseynova T.M. Böyük Qafqaz vilayətində əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasında turizmin rolu. // “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda V Beynəlxalq elmi-praktik konfransın materialları, Bakı 2021. s.171-175
- Quliyev C.B., Abdullayev R.S., Rizayeva M.H., Allahverdiyeva A.U. Rəqabət qabiliyyətli iqtisadiyyatda həyat səviyyəsi və onun keyfiyyətcə yaxşılaşdırılmasının sosial-iqtisadi problemləri. Bakı, Avropa, 2014, 198 s.
- Muradov, Ş.M. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. Bakı: 2004. 656 s.
- N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- Кривоносова Л. А. Качество жизни населения: технология оценки и механизмы использования в системе муниципального управления. Хабаровск, 2003
- Жеребин В.М., Романов А.П. Уровень жизни населения-М:, Юнити-ДАНА, 2002, 592 с.
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Eminov Z.N., Hüseynova T.M. Böyük Qafqaz vilayəti əhalisinin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasında məşğulluq probleminin həlli. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 67-74.