BƏRGÜŞAD ÇAYININ SU EHTİYATINDAN İNTEQRASİYALI İSTİFADƏ
Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov
“HIDROLOQ” Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1102, Bakı ş., Tbilisi pr.
[email protected], [email protected]
DOI: 10.59423/gnr.2023.20.18.002
X ü l a s ə
Məqalədə Bərgüşad çayının su ehtiyatından ətraf ərazilərin suvarma suyu ilə təminatında istifadə olunması ilə bağlı aparılmış araşdırmaların nəticələri verilmişdir. Aparılmış hidroloji hesabatlar çayın məcrasında, Qubadlı şəhərindən yuxarıda, 540 m mütləq səviyyədə su anbarının tikilməsinin məqsədəuyğun olduğunu göstərir. Bu səviyyədə tikiləcək su anbarından götürüləcək su ilə Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının ərazisində yerləşən, 60 min hektara qədər münbit torpaq sahələrini suvarma suyu ilə təmin etmək mümkün olacaqdır.
Tərtib olunmuş hidravliki sxemə əsasən anbardan götürüləcək suyun, özüaxımlı sistem yaradılmaqla Füzuli rayonunun ərazisində yerləşən, Aşağı Köndələnçay su anbarına yönəldilməsi nəzərdə tutulmuşdur. Suvarma sahələrində qış və və yay fəsillərində su tələbatında yaranan fərqləri nəzərə alaraq çayın su ehtiyatının, tikiləcək su kəmərinin trassası boyunca, ümumi həcmi 220 mln kub metrə qədər olan 5 ədəd tənzimləyici lokal su anbarlarında toplanması nəzərdə tutulmuşdur. Bu su anbarlarına qış aylarında toplanacaq su ehtiyatından istifadə etməklə, yay aylarında müstəqil şəkildə ətrafda yerləşən əkin sahələrinin suvarılması aparıla biləcəkdir. Hazırlanmış hidravliki sxemə əsasən təzyiqli su kəməri üzərində 5 yerdə, ümumi gücü 19.8 Mvt olan SES-nın yaradılması da nəzərdə tutulmuşdur.
Açar sözlər: suvarma suyu, çay, su ehtiyatları, su anbarı, məcra.
ƏDƏBİYYAT
- Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: Təbii-coğrafi şərait və sosial -iqtisadi inkişaf potensialı.//Azərbaycan Milli Elmlər Akademiyası, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2021.
- Məmmədov M.Ə. Azərbaycanın hidroqrafiyası. Bakı, 2002.
- Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Aазербайджанский ССР. Баку, 1989.
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensiklopediya Meliorasiya və su təsərrüfatı. Bakı 2016.
- Məmmədov Ə.Ş., Cavadzadə E.B., Bayramov A.Ə., Əliyeva N.İ. Həkəri çayının su ehtiyatlarından kompleks istifadə. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, Coğrafiya və təbii resurslar, №3 (18), 2022. Səh. 14-21.
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Məmmədov Ə.Ş., Cavadzadə E.B., Bayramov A.Ə. Bərgüşad çayının su ehtiyatından inteqrasiyalı istifadə. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 9-16.