DÜZƏN MEŞƏ LANDŞAFTLARININ ANTROPOGEN DINAMIKASI VƏ ONLARIN OPTIMALLAŞDIRILMASI
Ş.S.Amanova
Xülasə. Məqalədə Göyçay, Girdimançay və Türyançayın gətirmə konuslarında yayılan düzən meşə landşaftları və onların ekoloji vəziyyəti ArcGIS proqramında təhlil edilib. Ekoloji vəziyyətin təhlili üçün «bal» sistemindən istifadə olunub. «Bal» sistemindən istifadə edərək hər bir landşaft növü üzrə ekoloji vəziyyəti analiz etmişik.
Antropogen modifikasiyaların ekocoğrafi qiymətini müəyyən etdikdən sonra landşaft komplekslərinin qiymətləndirilməsi mümkündür. Bu, qiymət transformasiyanın ekocoğrafi vəziyyətini də müəyyən etməyə imkan verir. Ekocoğrafi qiyməti müəyyənləşdirdikdən sonra kompleks ekocoğrafi qiymətləndirmə aparmışıq.
ƏDƏBİYYAT
- Əyyubov Ə.S., Hacıyev Q.Ə. Azərbaycan Respublikasının iqlim ehtiyatları, Bakı, 1984, 184s.
- İsmayılova A.A. Böyük Qafqazın cənub-şərq yamacı landşaft komplekslərinin ekocoğrafi qiymətləndirilməsi // Bakı Universitetinin Xəbərləri, Təbiət elmləri seriyası, 2014, №2, s. 164-169.
- Məmmədov Q. Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtiadi və ekoloji əsasları. Bakı : Elm, 2007, 856s.