DUMANLI GÜNLƏRİN ABŞERON YARIMADASI VƏ ƏTRAF ADALARDA ZAMAN-MƏKAN ÜZRƏ PAYLANMASI
H.V.Məmmədova
Azərbaycan Hava Yolları QSC, “Azəraeronaviqasiya” HHİ, AZ1045, Bakı ş., H.Ə.Əliyev Beynəlxalq hava limanı
DOI: 10.59423/gnr.2024.73.61.002
X ü l a s ə
Məqalədə Abşeron akvatoriyasında 1991-2020-ci illərdə baş verən dumanların günlər üzrə təkrarlanması təhlil edilmişdir. Bundan öncə dumanların tədqiqat ərazisində təhlili nisbətən zəif aparılmışdır. Akvatoriyada dumanlı günlərin 1991-2020-ci illərdə zaman-məkan daxilində paylanması araşdırılmışdır. Məqalədə, akvatoriyada yerləşən 6 hidrometeoroloji stansiyanın ilkin məlumatlarından istifadə edilmişdir. Tədqiqat göstərir ki, Abşeron yarımadası və ətraf adalarda dumanlar daha çox ilin soyuqdan istiyə keçən və soyuq dövrlərində müşahidə edilir. Belə ki, onların təkrarlanmasının maksimumu mart və aprel aylarına təsadüf edir. Dumanlı günlərin çoxillik dövr üzrə dəyişməsi iqlim dəyişmələrinin təsiri ilə baş vermişdir. İl ərzində dumanların təkrarlanmasının səth üzrə paylanmasına yenidən baxılmışdır. Duman üzrə aparılan tədqiqatlarının nəticələri, aviasiya nəqliyyatının işinin səmərələşdirilməsində xüsusi rol oynaya bilər.
Açar sözlər: Advektiv və radiasiya dumanları, təhlükəli atmosfer hadisələri, meteoroloji görünüş məsafəsi, hava temperaturu, GİS mühiti, akvatoriya.
ƏDƏBIYYAT
- Abdullayev V.R. Azərbaycanın Xəzərsahili ərazilərində iqlim əmələgətirici amillər // – Bakı: Azərbaycan Coğrafiya Cəmiyyətinin Əsərləri, c. XVI, – s. 277–279.
- Azərbaycan Respublikasının Milli Atlası [Xəritə] / – Bakı: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, – 2014. – 444 s.
- Azərbaycan Respublikasının Coğrafiyası / red. R.M.Məmmədov. – Bakı: Avropa, – c. 1: Fiziki Coğrafiya. – 2015. – 530 s.
- Hüseynov N.Ş. Sinoptik meteorologiya / N.Ş. Hüseynov. –Bakı: Səda, –2011. – 316 s.
- Hüseynov N.Ş. Azərbaycan Respublikasının Beynəlxalq aeroportlarında temperatur rejiminin təhlili / N.Ş.Hüseynov, B.M.Məlikov, A.X.Hacıyev [və b.] // – Bakı: Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri, – 2013. № 2, –s. 155–161.
- Xəzər Dənizinin Hidrometeoroloji Atlası [Xəritə] / – Bakı: Nafta-Press, –2014. –300 s.
- İmanov, F.Ə. Hidrometeorologiyada statisik metodlar / F.Ə.İmanov. – Bakı: MBM, – 2011, – 272 s.
- Mahmudov R.N. Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr / R.N.Mahmudov. – Bakı: Milli Aviasiya Akademiyası, – 2022. – 210 s.
- Гусейнов Н.Ш., Диспетчеру и летчику о метеорологии (Обеспечение метеорологической безапасности полетов)/ Н.Ш.Гусейнов, – Mairitus: Lap Lambert Academic Publishing, -2018. – c. 104.
- Гусейнов Д.С. Особенности распределения многолетнего температурного режима на территории Азербайджана // – Москва: Гидрометеорологические исследования и прогнозы, – 2020. № 4, – c. 110-116.
- Климат Азербайджан Под редакцией Э.М. Шихлинского, А.А. Мадатзаде, 1968 г.
- Сафаров С.Г., Сафаров Э.С., Гусейнов Дж.С., Исмайылова Н.Н. Современные изменения атмосферных осадков на Каспийском побережье Азербайджана // Океанологически исследования, Москва, 2020, Том 48, № 1, c.27–44, DOI: 10.29006/1564–2291.JOR–2020.48(1).
- Huseynov N.Sh., Huseynov J.S. Distribution of the Contemporary Precipitation Regime and the Impact of Climate Change on it within the Territory of Azerbaijan // Journal of Geography & Natural Disasters, Barcelona, 2022, Volume 12, Issue 4, №: 1000254, DOI: 10.35841/2167-0587.22.12.254
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
H.V.Məmmədova – Dumanlı günlərin Abşeron yarımadası və ətraf adalarda zaman-məkan üzrə paylanması . Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 11-16.