Coğrafiya və təbii resurslar

DAŞAĞILÇAYIN QIŞ AXIMINDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNMASI ÜÇÜN ELMİ-TEXNİKİ TƏKLİFLƏRIN HAZIRLANMASI

İ.A.Əyyubov

“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu, ”Azərsu” ASC,

AZ1012, Bakı, Moskva pr., 67 

[email protected]

X ü l a s ə

Məqalədə Daşağılçayın su ehtiyatlarından istifadənin hazırkı durumu araş­dırılmış, hidroloji xarakteristikası təhlil edilmişdir. Əsas diqqət çayın qış axı­mından səmərəli istifadə olunmasına yönəlmişdir. Məqalədə çayın hidroloji re­jiminə geniş şəkildə yer verilmişdir. Hazırda Daşağılçay hövzəsinin yeraltı su ehtiyatından geniş şəkildə isti­fa­də olunur. Tədqiqat ərazisinin yeraltı sularından Abşeron yarımadasının ya­şayış məntəqələrinin su təchizatında istifadə edilməsi ilə bağlı “Oğuz-Qəbələ-Bakı” su kəməri istifadəyə verilmişdir. Təhlillər göstərmişdir ki, “Oğuz-Qə­bələ-Bakı” su kəmərinin istismarı nəticəsində yeraltı suların səviyyəsi aşağı en­mişdir. Bütün bunları nəzərə alaraq, tədqiqat ərazisində ekoloji tarazlığın qo­runması və yeraltı suların səviyyəsinin artırılması üçün Daşağılçayın qış axımından səmərəli istifadə etməklə elmi-texniki tədbirlərin hazırlanması mə­sələlərinə baxılmışdır. Məqalədə əsasən Daşağılçayın su ehtiyatlarından səmərəli istifadə edil­mə­si üçün məcradan kənarda kaskad şəklində kiçik həcmli infiltrasiya hovuz­ları­nın və şaquli drenaj quyularının yaradılması təklif edilmişdir.

 

Açar sözlər: su ehtiyatları, çayın qış axımı, içməli su, buxarlanma, təbii axım, yağış suları, infiltrasiya hovuzları

 

ƏDƏBİYYAT

  1. Əyyubov İ.A. Daşağılçay hövzəsində səth və yer­altı sular arasındakı əlaqənin tədqiqi/ Azərbaycan Mü­həndislik Akademiyasının Xəbərləri. Bakı. 2018. Cild 10. № 3, s.125-130 .
  2. Məmmədov Ə.Ş., Əyyubov İ.A. Yeraltı suların səth suları ilə qidalanmasının qiymətləndirilməsi və is­tifadə perspektivliyi.Azərbaycan Texniki Universiteti. Texnika Elmləri. Bakı. 2017.№ 1, s.70-75 .
  3. Иманов Ф.А. Водные ресурсы и их исполь­зование в трансграничном бассейне р. Курa// Санкт-Петербург, Свое издательство, 2016 –163 c.
  4. Мамедов А.Ш., Эйюбов И.А. Подготовка тех­нических мероприятий для восстановления уровня подземных вод бассейна Дашагылчай. ГИД­РОМЕТЕОРОЛОГИЯ И ЭКОЛОГИЯ. # 2. Алматы. 2018. –181-191 с.
  5. Смольянинов В.М., “Водозaборы с искус­ственным пополнением подземных вод для оро­ше­ния земель”. Монография. Воронежского госагро­университета. Издательство Истоки. Воронеж. 2001. 152.

 

Çapa qəbul olunub: 05 oktyabr 2021

Məqaləni yüklə