Coğrafiya və təbii resurslar

DAĞLIQ ŞİRVAN MİKROOYKONİMLƏRİNİN TƏDQİQİ

V.N.Bəndəliyev

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

AZ 1143, Bakı ş.,H.Cavid pr.,115

Xülasə. Tədqiqat obyekti olan Dağlıq Şirvan və onu əhatə edən ərazilərdə kifayət qədər mikrotoponim­ləri özündə yaşadan yurd yeri və məhəllə adları qeydə alınmışdır. Bu ərazilərin mikrotoponim izləri ilə zəngin olması tarixən bu yerlərdə çox elatların  məskunlaşması ilə bağlıdır. Ərazinin təbii coğrafi şəraiti, şaquli zonallığı buna imkan vermişdir (aran, yaylaq və s.). Sonralar zaman-zaman tarixi şərait dəyişdikcə əkinçilik mədəniyyəti yüksəlmiş və genişlənmiş, nəticədə insanlar tədricən dağlardan enib aşağı zonalarda məskunlaşmağa başlamışlar. Bu səbəbdən də çoxlu yurd yeri və yaşayış məs­kəni xarabalığları əmələ gəlmişdir. Bir çox ellər təbii, iqtisadi-siyasi amillərdən asılı olaraq yerdə­yişməyə məruz qalmış və ya başqa tayfa və ellərlə qarışıb birgə yaşamışlar. Bəzilərinin adları isə müasir kəndlərdə məhəllə və tirələr şəklində bu gün də yaşamaqdadır. Araşdırmalar nəticəsində əra­zi üzrə 80-dan artıq kənd xarabalığı, yurd, binə yeri və qala adları toplanılıb tədqiqata cəlb edilmiş və Dağlıq Şirvanın mikrooykonimlərinə aid xəritə-sxem  və cədvəl tərtib edilmişdir.

ƏDƏBİYYAT

  1. Abasova M.Ə., Bəndəliyev N.S., Məmmədov X.H. Böyük Qafqazın cənub-şərq hissəsinin topo­ni­miyası. Bakı, 1993. 172 səh.
  2. Azərbaycan toponimləri (ensiklopedik lüğət). Ba­kı, 2000. 588 səh.
  3. Azərbaycan inzibati ərazi bölgüsü. Bakı, 1961. 287 səh.
  4. Azərbaycanın toponimik lüğəti, I hissə. Bakı, 2007. 304 səh.
  5. Bəndəliyev N.S. Dağlıq Şirvanın toponim­ləri. Ba­kı, 2009. 283 səh.
  6. Bəndəliyev N.S. Elm və həyat jurnalı, Bakı, 2017.
  7. Qeybullayev Q.Ə. Qədim türklər və Ermənis­tan. Bakı, 1992. 140 səh.
  8. Eyvazova R.H. Əfqanıstanda türk mənşəli to­po­nimlər. Bakı, 1995. 244 səh.
  9. İbrahimov T.Ə. (Şahin) Qaşqaylar. Bakı, 1988. 212 səh.
  10. Kərimov S.K. Zar, Papi və Hacıqərvənd oy­ko­nimləri haqqında. Az. SSR EA məruzələri, 1984, №10.
  11. Fərrux Sümər. Oğuzlar (tarixləri boy təşki­lati dastanları) Bakı, 1992. 448 səh.
  12. Админис­тративно-территориальное деление со­юзных республик СССР. М. 1958.
  13. Винников Я.Р. Родоплеменной и этини­ческий состав населения Чарджоуской обл. Туркменской ССР и его расселение. Труды ин-та истории арх. и этн. АН Туркмен. ССР. Аш­хaбад. 1962.Т.Vl.Серия этн. С.1-110, карта.
  14. Свод статистических данных и населения Закафказского края, извлеченный из посемей­ных списков. 1886, Тифлис, 1893.

Məqaləni yüklə