ARAN İQTİSADİ RAYONUNDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ
V.E.Tağıyeva Azərbaycan Dövlət Pedaqoji Universiteti AZ 1000, Bakı ş., Üzeyir Hacıbəyli küç. 68 Xülasə. Məqalədə Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişafına təsir edən təbii-iqtisadi amillər şərh edilmiş, təbii resurs potensialı, bunun nəticəsində kənd təsərrüfatı və onun ayrı-ayrı sahələrinin inkişafında əldə olunan nailiyyətlər, eyni zamanda, sənayenin inkişafında kənd təsərrüfatının oynadığı rol təhlil olunmuşdur. Kənd təsərrüfatının aparıcı…