LƏNKƏRAN-ASTARA İQTİSADİ-COĞRAFİ RAYONUNDA KƏND MƏSKUNLAŞMASI VƏ ONUN DAVAMLI İNKİŞAFI PROBLEMLƏRİ
R.N.Kərimov AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Az1143, Bakı, H.Cavid prosp., 115 Xülasə. Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun demoqrafik inkişafında kənd məskunlaşması mühüm rol oynayır. İqtisadi rayonda kənd əhalisinin sıxlığı nisbətən yüksək və eyni zamanda, qeyri-bərabərdir. Azərbaycanın xarici ölkə ilə həmsərhəd olan regionu kimi Lənkəran-Astarada kənd yaşayış məntəqələrinin demoqrafik potensialının saxlanması və gücləndirilməsi zəruri məsələlərdən biridir. Məqalə…