İQLİM DƏYİŞMƏLƏRİNİN BÖYÜK QAFQAZ ÇAYLARININ SU EHTIYATLARINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Ə.Ş.Məmmədov, İ.A.Əyyubov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hidrometeorologiya ETİ ahmadmammadov@hotmail.com iftixar.eyyubov@mail.ru Xülasə. Məqalə iqlim dəyişmələrinin Böyük Qafqaz çaylarının su ehtiyatlarına təsirinin qiymətləndirilməsinə həsr olunmuşdur. Tədqiqat işində son 55 ildə Böyük Qafqaz ərazisindən axan çayların axım kəmiyyətlərinin hər hansı dəyişkənliyə məruz qalmasını qiymətləndirmək üçün müasir dövr (1991-2015-ci illər) üzrə ortafəsillik və illik temperatur, yağıntı və su sərflərinin…