AZƏRBAYCAN ƏRAZİSİNDƏ MÜASİR VƏ GÖZLƏNİLƏN TƏBİİ RÜTUBƏTLƏNMƏ ŞƏRAİTİ
X.Ş.Rəhimov AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ 1143, Bakı ş., H.Cavid pr., 115 khayyamr@rambler.ru Xülasə. Ölkə ərazisinin müxtəlif bölgələrində yerləşən 32 meteoroloji stansiya məlumatları əsasında atmosfer yağıntılarının müasir orta aylıq, illik və mövsümi iqlim normaları hesablanmışdır (1992-2006-cı illər). İllik və isti dövrün atmosfer yağıntılarının miqdarı və təbii rütubətlənmə zonalarının ölkə ərazisində paylanma xəritələri tərtib…