BÖYÜK ŞOR GÖLÜNÜN EKOLOJİ VƏZİYYƏTİNİN MƏSAFƏDƏN ZONDLAMA VERİLƏNLƏRİ VƏ COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ
Ərşad Yaşar
Milli Aviasiya Akademiyası, Bakı şəh., Xəzər rayonu, Binə, Mərdəkan pr. 30
Xülasə. Böyük Şor gölünün ekoloji sağlamlaşdırılması istiqamətində aparılan və görüləcək işlərin miqyasını təsəvvür etmək üçün göstərilən ərazinin hansı vəziyyətdə olduğu qiymətləndirilməlidir. Qiymətləndirmə kompleks tədqiqatlara əsaslanmalıdır. Bunun üçün məqalədə Məsafədən Zondlama verilənləri və Coğrafi İnformasiya Sistemləri texnologiyalarını tətbiq etməklə Böyük Şor gölünün sutoplayıcı ərazisi, su səthi sahəsinin dinamikası, spektral xüsusiyyətləri müəyyən edilərək təhlil edilmişdir. Böyük Şor gölünün ekoloji sağlamlaşdırılması istiqamətində aparılan tədbirlərin nəticələrinə əsasən gölün spektral xüsusiyyətlərində baş verən dəyişiklər müəyyən edilmişdir. Həmçinin Məsafədən Zondlama verilənləri əsasında Böyük Şor gölünün çirklənmə dərəcəsini müəyyən etmək üçün indeks xəritələr hazırlanmışdır.
ƏDƏBİYYAT
- Abşeron yarımadasının ekoloji problemləri. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanası. http://files.preslib.az/projects/azereco/az/eco_m2_2.pdf
- Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, «Elm» nəşriyyatı – 2005, 880 s.
- http://eco.gov.az/az
- Abasov İ.D. Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı. Bakı, Şərq-Qərb nəşiriyyatı-2013, 712 səh.
- “Böyük Şor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Bakı, 26 dekabr 2013-cü il.
- Komeil Rokni, Anuar Ahmad, Ali Selamat and Sharifeh Hazini. Water Feature Extraction and Change Detection Using Multitemporal Landsat Imagery. Journal of Remote Sensing. Vol. 6, 2014, p41.
- Gao, B.-C. (1995), A normalized difference water index for remote sensing of vegetation liquid water from space, in SPIE’s 1995 Symposium on OE / Aerospace Sensing and Dual Use Photonics, Vol. 2480, Orlando, FL.
- McFeeters, S.K. The use of the Normalized Difference Water Index (NDWI) in the delineation of open water features. Int. J. Remote Sens. 1996, 17, 1425–1432
- Klaus Tempfli, Norman Kerle. Principles of Remote Sensing. Netherlands, 2001, 591p.