Coğrafiya və təbii resurslar

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI DAĞ GEOSİSTEMLƏRİ TORPAQLARININ EKOCOĞRAFİ PROBLEMLƏRİ

G.N.Hacıyeva

AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu

AZ 1143, Bakı ş., H. Cavid pr., 115

Xülasə. Son illər kənd təsərrüfatının inkişafı ilə əlaqədar Böyük Qafqazın şimal-şərq yamacının dağ geo­sistemlərində həyata keçirilən təsərrüfat və infrastruktur layihələrinin reallaşdırılması nəticəsində təbii-coğrafi mühitdə baş vermiş dəyişikliklər bir sıra ekocoğrafi problemlərin yaranmasına səbəb olmuşdur. Məqalədə ərazinin relyef və iqlim şəraitinin əlverişli olması ilə əlaqədar burada uzun tarixi dövr ərzində əhalinin daha sıx məskunlaması səbəbindən torpaq örtüyündə yaranmış müxtəlif dərəcəli dəyişilmələr tədqiq edilmişdir. Ərazinin intensiv mənimsənilməsi nəticəsində istifadə edi­lən torpaqlarda yaranan ekocoğrafi problemlər və onların optimallaşdırılması  üçün görüləcək təd­birlərin elmi əsasları araşdırılmışdır.

ƏDƏBIYYAT

  1. Azərbaycan Respublikası Statistika komitəsi. Mənbə: http://stat.gov.az.
  2. Azərbaycan Sovet Ensiklopediyası. II, III cild. Bakı 1980.
  3. Abdullayeva G.M. «Qusarçay-Qudyalçay höv­zəsi torpaqlarının ekoloji qiymətləndirilməsi və monito­rinqi» doktorant.dis. Bakı.2009, 155 s.
  4. Əliyev Ə.A., Hacıyeva G.N. 2014. Böyük Qaf­qazın şimal-şərq hissəsinin ekocoğrafi problemləri. AMEA-nın Xəbərləri, Yer elmləri, № 3-4. səh.62-65.
  5. İmrani Z.T. Quba-Xaçmaz iqtisadi rayonu. Ba­kı “Elm”, 2007, 172 s.
  6. Məmmədov Q.Ş., Quliyev V.A. Azərbaycanın şimal-şərq əkinçilik zonası torpaqlarının qiymətləndi­rilməsi. Bakı, Elm, 2002, 228 s.
  7. www.earthexplorer.usgs.gov (Landsat Arxive L8OLI/TIRS).
  8. www.earthexplorer.usgs.gov (Landsat Arxive L8OLI/TIRS)

Məqaləni yüklə