Coğrafiya və təbii resurslar

AZƏRBAYCANIN REGİONLARINDA ŞƏHƏR  MƏNTƏQƏLƏRİNİN DEMOQRAFİK İNKİŞAFININ ƏSAS MEYİLLƏRİ

E.S.Bədəlov

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

Az 1143, Bakı, H.Cavid pr., 115

Məqalədə Azərbaycanın regionlarında şəhər əhalisi sayının artım dinamikası təhlil olunmuş, 1999-2017-ci illər ərzində qəsəbələrdə yaşayan əhalinin xüsusi çəkisinin artımı müəyyən edilmişdir. Tədqiqat işində şəhər  məntəqələrinin demoqrafik inkişafında, xüsusilə təbii artım və miqrasiya pro­seslərində baş verən meyillər araşdırılmışdır. Məlum olmuşdur ki, 2005-2010-cu illərdə şəhər əhalisi sayının art ması təbii artım və miqrasiya hesabına (Bakı aqlomerasiyasında müsbət miqrasiya sal­dosuna görə) baş vermiş, lakin 2011-2016-cı illərdə mütləq artım nisbətən aşağı templə və əsasən təbii artım hesabına getmişdir. Məqalədə bu sahədə yaranan problemlərin aradan qaldırılması isti­qamətində təkliflər verilmişdir.

ƏDƏBİYYAT

  1. Azərbaycanın demoqrafik göstəriciləri. Bakı: DSK, 2016. 480 s.
  2. Azərbaycanın demoqrafik göstəriciləri. Bakı: DSK, 2017. 471 s.
  3. Azərbaycanın əhalisi. B.2017, DSK. 135 s.
  4. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı.2005, Çıraq. 560 s.
  5. Əfəndiyev V.Ə, Qasımova F.E. Azərbaycanda qə­səbə. Bakı, E.M.K. 2013, 219 s.
  6. Əfəndiyev V.Ə. Müasir mərhələdə Azərbaycanın şəhər əhalisinin sayının dinamikası. “Coğrafiya və təbii resurslar”, № 1. 2015, səh. 74-78.
  7. Məmmədov R.M., Eminov Z.N., Əyyubov N.H. Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər. Müstəqillik yollarında. Bakı-2016, Şərq-Qərb, 628 s. (s. 382-489).
  8. Бадалов Э.С. Урбанизация и проблемы город­ской расселении Азербайджанской Республики. / «Модернизация естественно-научного образования в условиях обновленного содержания»: материалы международной научно-практической конференции (2-3 марта, 2017 г.). Алматы: Абай атындағы Қаз.ҰПУ, 2017. ст. 690 – 694.

Məqaləni yüklə