Coğrafiya və təbii resurslar

AZƏRBAYCANIN ARİD VƏ SEMİARİD LANDŞAFTLARININ STRUKTUR-FUNKSİONAL XÜSUSİYYƏTLƏRİNƏ PALÇIQ VULKANLARININ TƏSİRİ

 M.C.İsmayılov, S.M.Zeynalova

 

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected], [email protected]

X ü l a s ə

Palçıq vulkanlarının fəaliyyəti hər zaman olduğu kimi indi də tədqiqatçıla­rın marağının mər­kəzindədir. Azərbaycan ərazisində palçıq vulkanları müxtə­lif landşaft ti­pində və yüksəkliklərdə yayılıb və bu da həmin ərazilərdə apa­rı­lan təd­qi­qatların önəmini daha da artırır. Son zamanlar palçıq vulkanları ya­yı­lan ərazilərdə antropogen fəaliyyətin genişlənməsi, bəzi vulkanların əv­vəlki illərlə müqayisədə daha tez-tez püskürməsi bu sahədə tədqiqatların əhə­miy­yətli dərəcədə artmasına səbəb olmuşdur. Məqalədə palçıq vulkanlarının fə­al­liyyətinin ətraf landşaftların struktur-funksional xüsüsiyyətlərinə təsiri və xü­süsi bir palçıq vulkanı landşaflarının formalaşması araşdırılır. Palçıq vul­kanı və onun ətraf ərazilərinin landşaftlarının differensiasiyasında onun relyef xü­susiyyətilə yanaşı vulkanın dövrü olaraq püskürməsi nəticəsində ətrafa ya­yı­lan brekçiya, salza və müxtəlif qazların təsiri də böyükdür. Müxtəlif yaşlı brekçiyalar üzərində bitki örtüyü də fərqli olur. Öyrəndiyimiz palçıq vul­kan­larının ətraf sahə landşaftlarının bitki örtüyünə təsiri, hər hansı ərazidə fəaliy­yətdə olan palçıq vulkanlarının sayından, həmçinin püskürmənin in­ten­sivli­yindən, xarakterindən və gücündən asılıdır. Palçıq vulkanizminin land­şaftların bitki və torpaq örtüyünə, relyefinə, səth axımına və s. təsiri ayrı-ayrı vulkan­larda müxtəlif formada təzahür edir.

Açar sözlər: 

palçıq vulkanı, arid ərazilər, semiarid landşaftlar, antropogen fəaliyyət, ekolojı problem

 

ƏDƏBİYYAT

  1. İsmayılov M.C., Zeynalova S.M., Məmmədbəyov E.Ş., Yunusov M.İ., Mahmudova K.E.. Palçıq vul­kan­la­rı­nın fəaliyyətinin insanların həyat fəaliyyətinə yaratdığı təhlükə və risklər. Azərbaycanda və Rusiyada insan coğ­rafiyası: XXI əsrdə inkişafın əsas yolları. Bakı, 2019.
  2. Zeynalova S.M. Ландшафтная индикация раз­ви­тия и прогнозирования динамики аридных гео­сис­тем юго-восточной части Большого Кавказа с ис­поль­зованием космоснимков. Материалы Меж­дуна­родной научно-практической конференции «Оцен­ка и рациональное использование природного ре­сурс­ного потенциала геосистем в условиях гло­баль­ных изменений».  Посвящается 90-летию Обще­на­ци­онального лидера Г.А. Алиева. Труды Гео­гра­фи­ческого Общества Азербайджана , 18 том, Баку-2013, стр.128-130.
  3. Zeynalova S.M. Estimation of the influence of mud volcanoes to the formation and ecological con­di­tions of landscapes (on the pattern of the south-eastern part of the Major Caucasus). International Scientific Journal ISH Theoretical $ Applied Science Philadelphia, USA issue 11. volume 67 published November 30, 2018. Qa­zaxıstan

 

Çapa qəbul olunub: 15 dekabr 2021

Məqaləni yüklə