AZƏRBAYCANDA KƏND ƏHALİSİNİN TƏBİİ ARTIMININ İNKİŞAF MEYİLLƏRİ VƏ NİZAMLANMASI İSTİQAMƏTLƏRİ
Z.N.Eminov
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H. Cavid pr., 115
Xülasə. Uzun illər ərzində respublikada əhalinin sayının əsas artım mənbəyi kəndlərdə təbii artımın yüksək səviyyəsi olmuşdur. XX əsrin 60-cı illərində onun kəmiyyətinin yüksək olması kənd əhalisinin sayının yüksək templə artımını təmin etməklə yanaşı, şəhərlərə də miqrasiya axını çox olmuş, onların işçi qüvvəsi ilə təminatı həll edilmişdir.
Sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində əhalinin maddi vəziyyətinin ağırlaşması təbii artımın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxartdı. Buna görə şəhərlər əhalinin əsas artım mənbəyindən məhrum olmaqla yanaşı, kəndlərdə də əhalinin sayı zəif templə artır.
Eyni zamanda, doğumun cins tərkibinin pozulması ümumi əhalinin cins tərkibinin də pozulmasına gətirib çıxarır. Ona görə kəndlərdə demoqrafik vəziyyətin nizamlanmasına ehtiyac vardır.
ƏDƏBİYYAT
Azərbaycanın əhalisi – 2013. 2014. DSK, Bakı.
Azərbaycanın əhalisi – 2012. 2013. DSK, Bakı.
Azərbaycanın demoqrafik göstəriciləri – 2012. 2013. DSK, Bakı.
Azərbaycanın statistik göstəriciləri – 2011. 2012. DSK, Bakı.
Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, cins-yaş tərkibi. 2000. DSK, Bakı.
Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, yerləşməsi, cins, yaş tərkibi və nikah vəziyyəti. 2010. DSK, Bakı.
Azərbaycan Respublikasının coğrafiyası. II cild. 2013. Bakı, 501 s.
EMİNOV Z.N. 2005. Azərbaycanın əhalisi. Çıraq, Bakı.
MEHRƏLİYEV E.Q., ƏYYUBOV N.H., SADIQOV M.O. 1988. Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri. Elm, Bakı, 196 s.
MEHRƏLİYEV E.Q. 2003. Azərbaycan Respublikasında demoqrafik proseslərin regional təhlili. Elm, Bakı, 236 s.
EMİNOV Z.N. 2008. Azərbaycanın kənd təsərrüfatında və torpaqlardan istifadənin strukturunda baş verən dəyişikliklər. AMEA-nın “Xəbərlər”i, “Yer elmləri” seriyası, № 4, s.70-75.
ƏFƏNDİYEV V.Ə., EMİNOV Z.N. 2013. Müasir dövrdə Azərbaycanda kənd əhalisi və kənd yaşayış məntəqələrinin inkişaf xüsusiyyətləri. “Azərbaycanda coğrafiya elminin inkişafı” mövzusunda respublika elmi konfransı. BDU, s. 153-157.