AZƏRBAYCAN RESPUBLİKASINDA EROZİYA TƏHLÜKƏLİ TORPAQLARIN EKOİQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ
A.Ş.Cərullayev
Bakı Dövlət Universiteti
Z.Xəlilov küç., 23, Az 1148, Bakı, Azərbaycan
X ü l a s ə
Eroziya prosesinə uğrayan, həmçinin eroziya təhlükəli torpaqların keyfiyyət və kəmiyyət göstəricilərinin qiymətləndirilməsi, aqrolandşaftların yaradılması, onlardan istifadə respublikada ərzaq təhlükəsizliyinin həllində dayanıqlı aqrokomplekslərin inkişaf etdirilməsinə təkan verir. Məqalənin məqsədi regionun torpaqlarına diqqəti cəlb etmək, təbii ehtiyatlara mütəmadi nəzarət etmək və yerli ekositemdə dəyişiklikləri, onların səbəblərini araşdırmaqdır. Elmi tədqiqat işinin istiqaməti, mürəkkəb və çətin təbii şəraitə malik dağlıq ərazilərdə eroziya prosesinin intensiv gedişatını nəzərə alaraq fiziki coğrafi rayonlaşma sxeminə əsaslanmışdır. Dağ landşaftları daha çox eroziya təhlükəli olduğundan yamaclarda terraslar salınmalıdır, yarğanlar doldurulmalıdır və başqa ekoloji-meliorativ tədbirlər həyata keçirilməlidir.
Açar sözlər:
eroziya təhlükəli, ekoiqtisadi, qobu-yarğan, münbitlik, antropogenmeliorasiya
ƏDƏBİYYAT
- Cərullayev A.Ş. Azərbaycanda eroziya təhlükəli torpaqların müasir geoekoloji vəziyyəti-Coğrafiya fakültəsinin 60 illik yubileyinə həsr olunmuş konfrans materialları, Bakı, 2005.
- Cərullayev A.Ş. Azərbaycanda Eroziyaşünaslıq elminin inkişaf istiqamətləri. AMEA-Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh 61-68.
- Cərullayev A.Ş. Təbii dağıdıcı hadisələr və ekocoğrafi problemlər. AMEA Coğrafiya İnstitutunun konfrans materialları, Şəki, 2006. səh 69-78.
- Mərdanov İ.İ., Ağayev T.D. Fiziki-coğrafi rayonlaşdırma, Bakı, 2012, 160 s.
- Jarullayev A.Sh. Degradation soil and erosion process the Azerbaijan Republic –IGU Regional Conference. “Bridging Diversity Globalizing World”, Israel, Tel-Aviv, 2010 July. pp 11-16.
- Jarullayev A.Sh. Elaboration of regional scheme regarding the Greater Caucasus complex agriculture development on landscape-ecological basis. -Сборник научных статей по итогам работы Международного науцного форума – Наука и инновации-современные концепции. Журнал «Научный обозреватель» Том 2. Москва 2020 стр. 127-138.
- Мустафаев Х.М. «Развитие эрозионных процессов на южном склоне Большого Кавказа и основы борьбы с ними». Изд. Баку, 1975, 228 стр.
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə