AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK COĞRAFİYA KİTABLARI: DƏRSLİKLƏRİN MƏZMUNUNUN TƏHLİLİ
M.İ.Verdiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı ş., Ü.Hacıbəyov küç., 68
Xülasə. Azərbaycanda ana dilində nəşr edilmiş ilk coğrafiya kitabları və dərslikləri haqqında məlumat əldə etmək məqsədi ilə tədqiqatlar aparılmışdır. Tədqiqat 1900-1926-cı illəri əhatə etmişdir. Arxiv araşdırmaları nəticəsində o dövrdə nəşr edilmiş kitablar əldə edilərək surəti götürülmüşdür. Kitabın hər biri diqqətlə oxunaraq təhlil edilmişdir. İstifadə edilməsi və məzmun etibarı ilə coğrafiya kitabları dörd qrupa bölünmüşdür. Azərbaycan dilində çap edilmiş coğrafiya kitabları və dərsliklərinin Q.R.Mirzəzadədən əvvəl, onun dövründə və sonralar da yazılması qeyd edilmişdir. Nümunələr əsasında bəzilərinin məzmunu haqqında qısa təhlil verilmişdir. Əvvəllərdə yazılmış coğrafiya kitablarının tədqiqatdan kənarda qalmasının əsas səbəbi kimi ərəb və köhnə latın qrafikası ilə yazılması göstərilmişdir. Əvvəllər Azərbaycanca yazılmış coğrafiya kitablarında illüstrativ materiallar verilməmişdir. Yalnız ilk dəfə olaraq Q.R.Mirzəzadənin “Qafqazın coğrafiyası” kitabında rast gəlindiyi qeyd edilmişdir. Məqalənin sonunda tədqiqatın nəticələri konkret olaraq göstərilmişdir.
Açar sözlər: ilk coğrafiya dərsliyi, dərslik siyasəti, dərsliyin məzmunu, Q.R.Mirzəzadə, illüstrativ materiallar, dərsliyin strukturu
ƏDƏBİYYAT
- Coğrafiya. Kazan, Elektro-Tipoqrafiya-“Millət”, 1914, 32 s.
- Həsən N., Tərcümə töhfə nəsuhiyyə, I cild, Bakı, “Birinci şirkət mətbəəsi”, 1904, 372 s.
- Həsən N., Coğrafiyayi-töhfeyi nəsuhiyyənin tərcüməsi, II cild, Bakı, “Buxariyyə”, 1904, 218 s.
- Mirzəzadə Q.R., Qafqazın coğrafiyası, Bakı, Orucov qardaşları nəşriyyatı, 1910, 118 səh.
- Mirzəzadə Q.R., Coğrafiya, birinci dərəcənin 4-cü sinfinə məxsusdur, I qisim, Bakı, Azərnəşr, 1920, 190s.
- Məlikzadə-Zərdabi H.B., Torpaq, su, hava, Bakı, “Kaspiy”, 1912, 75 s.
- Rəfiqi M., Coğrafiyyayi-riyazi, yaxud aləmi-şəms, Kazan, “Bəradəran Kərimovlar”, 1912, 60 s.
- Səfvət A., Tarixi-cahan, yaxud dünya nə olmuş, nə olacaq, Gəncə, 1908, 80s.
- Şəmsəddin S., Qamusül-aləm. Tarix və coğrafiya lüğəti, 6 cilddə, İstanbul, Mehran nəşriyyatı, 1989-1898 illər.
- “Ümumi təhsil sistemində dərsik siyasəti” Qanunu, Bakı, 23 yanvar 2006-cı il.
- Yüzbaşov R., Məşhur coğrafiyaşünas Qafur Rəşad Mirzəzadə, Bakı, 1968, 31 s.
- “Ziya” qəzeti, Bakı, 27 dekabr 1879, № 4, səh. 8.
Çapa qəbul olunub: 27 yanvar 2020