Coğrafiya və təbii resurslar

AZƏRBAYCAN ƏRAZİSİNDƏ RADONUN PAYLANMASINA TƏSİR EDƏN GEOLOJİ AMİLLƏRİN TƏDQİQİ

Ç.S.Əliyev, A.A.Feyzullayev, R.C.Bağırlı, F.F.Mahmudova

Xülasə. Məqalədə Azərbaycan ərazisində (yaşayış yerləri və sənaye müəssisələri, torpaq, termal sular və palçıq vul­kanlarında) radon konsentrasiyasının ölçülməsinin me­todika və nəticələri göstərilmişdir. Qapalı məkanlarda radonun qeydə alınmış konsentrasiyaları geniş sərhəd­lərdə dəyişir: 20- 1109 Bq/m³. Yalnız 7 % hallarda nəti­cələr Azərbaycan üçün müəyyən olunmuş yol verilən həddi (200 Bq/m³) keçir. Alınmış nəticələr əsasında ilk dəfə olaraq Azərbaycan ərazisi üçün radonun həcmi ak­tivliyinin yayılmasının xəritəsi tərtib olunmuşdur. Həm­çinin Böyük və Kiçik Qafqaz, o cümlədən Talışın dağlıq massivlərində yüksək radon konsentrasiyaları müşahidə olunmuşdur. Bundan başqa, torpaqda və qapalı məkan­larda müəyyən olunmuş radon konsentrasiyaları arasın­da asılılıq müəyyən olunmuşdur. Talış regionunda yer­ləşən termal mənbədən başqa, bütün  mineral mən­bələr­də radonun miqdarı içməli su üçün müəyyən olunmuş normalar daxilində dəyişir. Palçıq vulkanlarının brekçi­yalarında da yüksək radon konsentrasiyaları müşahidə olunmuşdur. Alınmış nəticələrin kompleks analizi nəti­cəsində yaşayış məntəqələrində yüksək radon konsen­trasiyasının təbiəti haqqında nəticəyə gəlinmişdir.

ƏDƏBİYYAT

  1. Aliyev C.S., Abbasova S.V. 2006. Radioenvi­ronmental Situation in Azerbaijan. The 5th Congress on Radiation Studies. Moscow, April 10-14, 2006, 72 p. (in Russian).
  2. Aliyev Ch., Feyzullayev А.А., Bagirli R.D., Veliyeva F.F. 2012. Factors controlling the level of the volumetric activity of radon in Azerbaijan. Proceedings of the Azerbaijan National Academy of Sciences, Earth Sciences, 1, 42-48 (in Russian).
  3. Aliyev Ch., Feyzullayev A., Zolotovitskaya T. 2001. Peculiarities of radioactive fields of mud volca­noes of Azerbaijan. Geophysics news in Azerbaijan, # 3,.25-32.
  4. Feyzullayev A.A. 2012. About seismotectonic control of a ground radon flux. The International Work­shop on the Geological Aspects of Radon Risk Map­ping. 17-20 September 2012, Prague, Czech Republic.

Məqaləni yüklə