ARAN İQTİSADİ RAYONUNDA DEMOQRAFİK İNKİŞAFIN TƏNZİMLƏNMƏSİ MƏSƏLƏLƏRİNİN TƏDQİQİ
Ə.A.Babaşova
Sumqayıt Dövlət Universiteti, AZ5008, Sumqayıt, 43cü məhəllə
X ü l a s ə
Məqalədə Aran iqtisadi rayonunun demoqrafik inkişafının tənzimlənməsi məsələləri təhlil olunur. Aran iqtisadi rayonunun demoqrafik inkişafının ümumi respublikanın müvafiq göstəriciləri ilə müqayisəsi əsasında müxtəlif demoqrafik parametrlərin tənzimlənməsi istiqamətləri müəyyənləşdirilir. Nikah və boşanmaların, doğumun və ölümün səviyyəsi və cins strukturunun, ana və uşaq ölümünün nizamlanması məsələləri araşdırılır. Aran iqtisadi rayonunun şəhər məntəqələrində demoqrafik proseslərin tədqiqi göstərir ki, son illər əhali arasında təbii artım, doğum və nikahların dinamikasında azalma, ölüm, körpə ölümü və boşanma prosesləində artım müşahidə edilmişdir. Doğulan uşaqların ümumi sayında rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların xüsusi çəkisinin artımı baş vermişdir. Bəzi demoqrafik göstəricilərin nisbi əmsalı ölkə üzrə səviyyədən yüksək doğum və nigah, ölüm və körpə ölümü, aşağı səviyyə təbii artım və boşanmalar üzrə müşahidə olunmuşdur. Məqalədə bu sahədə yaranan problemlər araşdırılmış, onların aradan qaldırılması istiqamətində təkliflər işlənib hazırlanmışdır.
Açar sözlər: Aran iqtisadi rayonu, demoqrafik inkişaf, təbii artım, cins tərkibi, tənzimləmə, məhsuldar qüvvələr
ƏDƏBİYYAT
- Azərbaycanın əhalisi. Bakı-2018, 134 səh.
- Azərbaycanın əhalisi. Bakı-2019, 134 səh.
- Azərbaycanın regionları. Bakı-2018, 434 səh.
- Azərbaycan 2020: “Gələcəyə baxış” İnkişaf Konsepsiyası. Bakı, 29 dekabr, 2012 (www.prezident.az.)
- Bədəlov E.S. Azərbaycanın regionlarında şəhər məntəqələrinin demoqrafik inkişafının əsas meylləri ∕ ACC Coğrafiya və Təbii resurslar, 2017, № 2, səh 34-39.
- Bədəlov E.S. Azərbaycanda şəhər əhalisinin təbii artımının regional problemləri ∕ “Əmək, Məşğulluq və Sosial Müdafiənin Aktual Məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans materialları, Bakı, oktyabr, 2017, səh. 214-217.
- Bədəlov E.S. Aran iqtisadi-coğrafi rayonunda şəhər məskunlaşması və şəhərlərdə demoqrafik inkişaf problemləri. Coğrafiya və Təbii resurslar № 1 (9), 2019, səh 41- 48.
- R.Məmmədov, Z.Eminov, N.Əyyubov “Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resusrslar və perspektivlər”. Müstəqillik yollarında 25. Bakı-2016, səh.382-489.
- N.H.Əyyubov “Azərbaycan Respublikasının qlobal iqtisadi-siyasi dəyişmələrə uyğunlaşmasının bəzi iqtisadi-coğrafi məsələləri”. Coğrafiya və təbii resurslar. Bakı-2017, səh.89-93.
- Ə.A.Babaşova “Aran iqtisadi rayonunda təsərrüfatın ərazi təşkilinin demoqrafik məskunlaşmaya təsiri”. Coğrafiyanın müasir problemləri. Respublika elmi konfransının materialları. Sumqayıt-2019, səh.162-163.
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə