ABŞERON YARIMADASINDA KÜLƏK EROZİYASININ SƏHRALAŞMA PROSESİNƏ TƏSİRİ
G.Ə. Həsənova
AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
DOI: 10.59423/gnr.2025.18.78.007
Xülasə. İqlim dəyişikliyi, torpaq örtüyünün deqradasiyası, antropogen təsirlər və əkinçilik sahələrinin düzgün idarə olunmaması külək eroziyasının güclənməsinə səbəb olur. Yarımsəhra quru çöl iqlim tipində yerləşən Abşeron yarımadası üçün xüsusilə təhlükəli olan bu proses torpağın münbit qatının itirilməsi, bitki örtüyünün zədələnməsi, su balansının pozulması və nəticədə kənd təsərrüfatı məhsuldarlığının azalması ilə nəticələnir ki, bu da həm iqtisadi, həm də ekoloji baxımdan ciddi nəticələr doğurur. Ona görə də külək eroziyasının səbəblərinin, miqyasının və qarşısının alınma yollarının araşdırılması səhralaşmaya qarşı mübarizənin əsas istiqamətlərindən biridir. Bu məqsədlə 2024- aid Landsat 8-9 OLİ/TİRS C2 L2 multispektral görüntülərdən istifadə edərək NDMI xəritəsi, 2015 və 2023-cü illər üzrə Landsat8-9 OLİ/TİRS C2 L2 multispektral görüntülərinə əsasən “Torpaq Örtüyü və Torpaq Örtüyündən İstifadə” xəritələri və “Abşeron yarımadasında küləyin orta sürəti” xəritəsi tərtib edilmişdir. Nəticədə ərazidə olan küləkli günlərin sayı, küləyin sürəti, torpağın qranulometrik tərkibi, torpağın nəmliyi müəyyənləşdirilmiş,müxtəlif səth örtüklərinə malik ərazilərin sahələri hesablanmış, külək eroziyasının intensiv getdiyi ərazilər aşkar olunmuş və səhralaşma prosesinin inkişafı müəyyənləşdirilmişdir.
Açar sözlər: külək eroziyası, səhralaşma prosesi, küləkli günlər, NDMI analizi, səth örtüyündən istifadə.
ƏDƏBİYYAT
- Alekbarov, K.A. (1961) Soil erosion in Azerbaijan and its fight. Baku, 128
- Aliyev, A., Guliyev, I.S., Feyzullayev, A.A. (2012) What do we know about mud volcanoes?, Baku, Goliaf group, page 11-12.
- Budagov, B.A., Mammadov, R.M., Mika-yilov, A.A., Ismatova, X.R. (2003) Degree and types of desertification of the Absheron Peninsula, measures to fight them. Materials of the scientific conference dedicated to the 75th anniversary of the birth of Academician B. A. Budagov on the problems of desertification in Azerbaijan. Baku, Elm, pp. 40-52.
- Karaoghlu, M. (2018) Wind erosion. Journal of Agriculture, №1(2), pp. 16-20.
- Mammadov, G. (2007) Basics of soil science and soil geography. “Elm”, Baku, 237 p.
- Mustafayev, Kh.M. (1959) Soil erosion and its fight. AzSSR political and scientific knowledge spreading society. Baku, 6.
- National Atlas of the Republic of Azerbaijan (2014), State Land and Mapping Committee, Baku, 195 p..
- Zeynalov, A.G. (1963) Gobustan lands. Az. SSR Academy of Sciences publishing house, Baku, pp. 132-133.
- Official website of Department of Wind and Energy Systems at the Technical University of Denmark (January 1, 2024). Source: https://globalwindatlas.info/en/area/Azerbaijan 3
- Official website of the National Hydrometeorological Service, Ministry of Ecology and Natural Resources (January 1, 2021). Source: https://meteo.az/
Çapa qəbul olunub: 10 iyun 2025
Məqaləni yüklə
G.Ə. Həsənova – Abşeron yarımadasında külək eroziyasının səhralaşma prosesinə təsiri. Coğrafiya və təbii resurslar, №1 (23), 2025, səh. 47-52.
