Coğrafiya və təbii resurslar

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI GEOKOMPLEKSLƏRİNDƏ TORPAQDAN İSTİFADƏ VƏ EKOLOJİ DAYANIQLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ (QUDYALÇAY-SAMURÇAY ARASI ƏRAZİNİN TİMSALINDA)

M.R.Quliyev

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H. Cavid pr. 115
[email protected]

 

Xülasə
Geokomplekslər əsrlər boyu təbii və antropogen faktorlarla bağlı proseslərlə formalaşmış, regional olaraq bir-birindən fərqlənən landşaft komplekslərində öz əksini tapmışdır. Məqalədə Böyük Qafqazın şimal-şərq yamacı geokom-plekslərində (Qudyalçay-Samurçay arası ərazilər) səmərəliliyin artırılması məqsədi ilə torpaqdan istifadənin ekoloji müxtəlifliyi və dayanıqlığı tədqiq edilir. Tədqiqatda ekoloji dayanıqlığın qiymətləndirilməsi zamanı tədqiqat əra-zisinin ekoloji cəhətdən orta sabit qrupa aid olması əsaslandırılmışdır. Ərazidə torpaqdan istifadə zamanı antropogen təsirlərin dərəcəsini müəyyən-ləşdirmək üçün qruplaşdırma və qiymətləndirilmə aparılmışdır. Qiymətləndirməyə əsasən tədqiqat ərazisi geokomplekslərinin antropogen təsirlərə orta dərəcədə məruz qalması təyin edilmişdir. Aqrolandşaftların qeyri-səmərəli təşkili bitkilərin becərilməsini ləngidən və istehsal xərclərinin həcmini artıran əsas səbəblərdir. Torpaq idarəçiliyi və məhsul istehsalı prosesində yaranan süni əngəllər, nəticədə məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olur.

Açar sözlər: aqroekoloji, ekoloji dayanıqlıq əmsalı, antropogen yüklənmə, ekoton, ekoloji müxtəliflik indeksi, meşə örtüyü

 

ƏDƏBİYYAT
1. Azərbaycanın kənd təsərrüfatı. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2021.
2. Azərbaycan Respublikasının coğrafiyası. II cild, Avropa, Bakı, 2013, 501 s.
3. Quliyev R.M. Daşınmaz əmlakın kadastrı (ali təhsil müəssisələrinin tələbələri üçün dərslik və dərs vəsaitləri). Bakı, Qanun nəşriyyatı, 2021, 336 səh.
4. Rıbarski İ., Qaysse E. Təsərrüfat yerlərinin tərkibinin ərazinin ekoloji dayanıqlığına təsiri. (külliyyat: Spesifik şəraitlərdə yerquruluşu işləri. Tatranska Lomnisa, 1988. s.19–26 (slovak dilində).
5. Brundtland G. (Ed.), 1987. Our common future: The World Commission on Environment and Development. Oxford University Press, Oxford.
6. CEC (Commission of the European Communities), 2001. A Sustainable Europe for a Better World: A European Union Strategy for Sustainable Development. (Commission proposal to the Gothenburg European Council). COM, p. 264.
7. Peterseil J., Wrbka T., Plutzar C., Schmitzberger I., Kiss A., Szerencsits E., Reiter K., Schneider W., Suppan F., Beissmann H., 2004. Evaluating the ecological sustainability of Austrian agricultural landscapes: the SINUS approach. Land Use Policy 21, p. 307–320.

 

Çapa qəbul olunub: 20 may 2022

Məqaləni yüklə