XƏZƏR DƏNİZİNİN SƏVİYYƏ DƏYİŞMƏLƏRİNİN AZƏRBAYCAN SAHİL ZONASININ EKOLOJİ VƏZİYYƏTİNƏ TƏSİRİ
Əliyev Ə.S., Əhmədov H.İ., Zeynalov İ.M., Süleymanlı D.H.
DOI: 10.59423/gnr.2024.83.40.012
Xülasə. Məqalədə Xəzər dənizinin Azərbaycan akvatoriyasının şelf zonasında ekoloji vəziyyətin tədqiqinin nəticələri təqdim edilir. Bu ərazidə ekoloji vəziyyətə təsir edən əsas proseslər və mühüm çirklənmə mənbələri analiz edilir. Xəzər dənizinin sahil zonasında və açıq dənizdə əsas çirkləndirici maddələrin növləri və kəmiyyət xarakteristikaları göstərilir. Dəniz suyunun çirklənmə dərəcəsinə görə Azərbaycan akvatoriyası 4 xarakterik zonaya bölünür (Şimal, Abşeron, Bakı və Cənub). Ayrı – ayrı hər zona üzrə ekoloji vəziyyət təhlil edilərək əsas xüsusiyyətləri təqdim edilir. Tədqiq edilən ərazinin dib səthinin vəziyyəti qiymətləndirilir və çirklənmə dərəcəsinə gorə klassifikasiya edilir. Bakı və Sumqayıt şəhərlərindən dənizə tökülən əsas çirkləndirici maddələr və onların miqdarı haqqında məlumatlar təqdim edilir. Son illərdə Kür çayı vasitəsi ilə dənizə daxil olan çay axımənda çirkləndirici maddələr haqqında kəmiyyət göstəriciləri göstərilir. Qeyd edilir ki, Xəzər dənizinin ekoloji problemləri əsas etibarı ilə dənizin kontinental şelfində karbohidrogen ehtiyyatlarının istismarı və nəqli zamanı dəniz suyunun çirklənməsi nəticəsində meydana çıxır. Bu prosesdə həmçinin dənizə axan çaylarla daxil olan müxtəlif maddələr və biləvasitə dəniz sahilində yerləşən şəhərlərdən axan müxtəlif sənaye mənşəli kimyəvi maddələr və məişət tullantıları da mühümdür.
Açar sözlər. Xəzər dənizi, çirklənmə, sahil zonası, ekoloji vəziyyət, Azərbaycan.
ƏDƏBİYYAT
- Алиев А.С., Татлыева З.И., Ахмедова Р.Ю., Сулейманлы Д.Г. Изменение уровня Каспийского моря и его последствия в прибрежной зоне Азербайджанской Республики. ANAS Transactions Earth Sciences, 2/2021, c.75 – 80
- Алиев А.С. Подъем уровня Каспийского моря и затопление прибрежной зоны Азербайджанской Республики. Баку, Элм, 2001, 144 с.
- Алиев А.С., Мансимов М.Р. Оценка затопления береговой зоны Азербайджанской Республики при повышении уровня Каспийского моря в 1978 – 1995 гг. Гидрометеорология и Экология, 1999, №1, с. 28 -33.
- Водный баланс и колебания уровня Каспийского моря: моделирование и прогноз. (под ред. Е.С. Нестерова) М. 2016, 378 с.
- Гаджиев Г.А. Экологические состояние территории Азербайджанской Республики и системы его комплексного мониторинга. Тезисы докладов конференции Азербайджан на пороге XXI веке. Баку, 1998, с.187 – 188.
- Ежегодные гидрохимические данные о качестве вод Каспийского моря за 1978 – 2015 гг. Азкомгидромет. Баку
- Мехтиев А.Ш., Гюль А.Г. Техногенное загрязнение Каспийского моря Баку. Элм, 2006, 180 с.
- Панин Г.Н., Мамедов Р.М., Митрофанов И.В. Современное состояние Каспийского моря. Москва, Наука, 2005, 356 с.
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
Ə.S.Əliyev, H.İ.Əhmədov, İ.M.Zeynalov, D.H.Süleymanlı – Xəzər dənizinin səviyyə dəyişmələrinin Azərbaycan sahil zonasının ekoloji vəziyyətinə təsiri. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 92-97.