Coğrafiya və təbii resurslar

“COĞRAFİYA VƏ TƏBİİ RESURSLAR” JURNALI REDAKSİYA HEYƏTİNİN İCLASI KEÇİRİLİB

2018-ci il dekabrın 4-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin dövrü mətbuatı olan “Coğrafiya və təbii resurslar” jurnalı redaksiya heyətinin növbəti iclası keçirilib.
İclas iştirakçıları jurnalın növbəti nömrəsində çap olunmaq üçün təqdim edilən məqalələri  müzakirə ediblər. Çapa təqdim olunan 28 məqalədən 9-u qoyulan tələblərə uyğun gəlmədiyindən geri qaytarılıb.