TALIŞ GEOSİSTEMİ RELYEFİNİN MORFOMETRİK İNTERPRETASİYASI
M.F.Umudova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalədə Talış geomorfoloji məkanı üzrə 1:200 000 miqyaslı topoqrafik xəritələr əsasında, vahid sahə üsulu ilə hesablanmış, üfüqi və şaquli (səthi və dərininə) parçalanma xəritələrinin tərtibindən, metodikasından, onların bir müstəviyə gətirilməsindən, uyğun qiymətlərin üst-üstə düşdüyü interpolyasiya sahələrinin ərazi üzrə paylanmasından, kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçilmə məcburiyyətindən, relyefin mümkün parçalanmasında ekzodinamiki proseslərin rolundan, onların üstünlük dərəcəsindən və nəhayət tədqiqatın nəticəsi kimi alınmış yeni məzmundan – morfoloji gərginlik (morfodinamiki) xəritəsindən, onun oxunmasından və təhlilindən bəhs edilir. Ərazidə ayrılmış 9 keyfiyyət göstəricisi ilə xarakterizə olunan sahələrin hər birində ekzodinamik proseslərin təsir mexanizmi açıqlanır. Talış geosistemində və eləcə də analoji ərazilərdə ekzodinamiki proseslərin inkişafının və təsiri istiqamətlərinin müəyyən edilməsində, o cümlədən, xalq təsərrüfatının müxtəlif sahələrində morfometrik tədqiqatların elmi, elmi-tətbiqi əhəmiyyətinin olması xüsusi qeyd edilir.
Açar sözlər:
Talış geosistemi, relyef, üfüqi parçalanma, şaquli parçalanma, morfoloji gərginlik, ekzodinamik proseslər
ƏDƏBİYYAT
1.Антонов Б.А., Гаджиев В.Д. Талышские горы. Баку, «Элм», 1993. Моногр. «Рельеф Азербайджана»
2.Бабаев Р.А. Исследование формул среднего угла наклона земной поверхности. Уч. Зап. АГУ, сер.геол.геогр. 1972, № 3.
3.Пириев Р.Х. Методы морфометрического анализа рльефа (на примере Азербайджана) Баку, “Элм”, 1986
4.Райс Р.Дж. Основы геоморфологии, Москва, Изд. Прогресс, 1980
5.Рельеф земли и математика Изд. “Мысль” Москва,1990
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə