Coğrafiya və təbii resurslar

SUMQAYIT ŞƏHƏRİ VƏ ONA BİTİŞİK ƏRAZİLƏRİN EKOLOJİ  VƏZİYYƏTİNƏ AVTONƏQLİYYAT VASİTƏLƏRİ SƏS-KÜYÜNÜN TƏSİRİ

Ə.A.Əliyev

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

 

X ü l a s ə

Xüsusi neqativ təsirə malik, hava təbəqəsilə insan sağlamlığına mənfi təsir edən səs-küy problemi son onilliklərdə bütün dünyanı narahat edən ən aktual problemlərdən birinə çevrilmişdir. Təbii ki, bunun da əsas mənbəyi son dövrlər dünyada və eləcə də respublikamızda sürətlə artan avtonəqliyyat vasitələridir. Uzun illər səsin effekti insanın eşitmə orqanlarına təsiri nöqteyi-nəzərindən öyrənilsə də, ancaq hazırda səs-küyün  çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq yaradan, diqqət və yaddaşın zəifləməsi, hətta insan ömrünü orta hesabla 10-12 il azaltması da müəyyən edilmişdir. Bu, xüsusilə zehni əməklə məşğul olanlara daha təsirli olur. Problemin ciddiliyini nəzərə alaraq təqdim olunan məqalədə respublikamızın əhalisinə görə ikinci,  sahəsinə görə isə üçüncü olan Sumqayıt şəhəri və ona bitişik olan Bakı-Siyəzən magistralında avtonəqliyyat vasitələrinin insan sağlamlığına təsir xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Onu da qeyd edək ki, tədqiq olunan problem dünyanın bir sıra ölkələrində lazımınca araşdırılsa da, ancaq respublikamızda təəssüf ki, bu məsələ də demək olar ki, öyrənilməmişdir.

Açar sözlər: səsin diapazonu, avtonəqliyyat vasitələri, səs-küy, müşahidə məntəqələri, yaşıllıq zolaqları

 

ƏDƏBİYYAT  

  1. Əliyev Ə.A. Bakı-Quba və Rusiya sərhəddi (M-1) avtomobil yolunda hərəkət intensivliyinin monitorinqi və ətraf mühitin vəziyyəti. AMEA-nın Xəbərləri, Yer elmləri bölməsi, № 1, 2013, s 96-99
  2. Тольский В.Е., Бутакова Г.В., Мельникова Б.Н. Шум на транспорте. М.: Транспорт, 1995. 368 с.
  3. Луканин В.Н., Гудцов В.Н., Бочаров Н.Ф. Снижение шума автомобиля. М.: Маши­но­стро­ение, 1981. 289 с.
  4. Лепендин Л.Ф. Акустика. М.: Высшая школа, 1978. 448 с.
  5. Поспелов П.И. Пуркин В.И. Защита от шума при проектировании автомобильных дорог. М.: МАДИ, 1985. 119 c.
  6. Павлова Е. И. Экология транспорта. М.: Транспорт, 2004 г. 248 с.
  7. Даутов Ф. Ф. Изучение здоровья населения в связи с факторами среды. Казань, 1990. 117 с.
  8. Расчет транспортного шума. Методические указания. Сост.: Е. С. Вознесенская, Ю. Н. Ле­онтьева. – Рецензент д-р техн. наук, проф. Т.А.Дацюк, 2007. 20 с.
  9. Aliyev A.A. International scietifik journal “Интернаука” №2 (42) I T., 2018, pp 16-20.
  10. Dory D. Towards a geographic analysis of pluralistic health care systems Geographia Medica. – 1992. – Suppl. 8. pp. 61–64.
  11. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi vebsaytı. Mənbə: https://www.who.int/
  12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Mənbə: https://www.stat.gov.az

 

Çapa qəbul olunub: 28 oktyabr 2022

Məqaləni yüklə