ŞİRVAN DÜZÜ TƏSƏRRÜFAT SİSTEMLƏRİNİN TƏŞKİLİ VƏ İDARƏOLUNMASINA EKOGEOKİMYƏVİ ŞƏRAİTİN TƏSİRİ
Q.İ.Rüstəmov, A.N.İsayev
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu
AZ1143, Bakı, H.Cavid pr. 115
Xülasə. Məqalədə respublikamızın arid ərazilərindən olan Şirvan düzündə aparılan çoxillik elmi tədqiqatların məntiqi nəticəsi olaraq ərazidə yayılan aqrolandşaftların coğrafi yerləşmə qanunauyğunluqları müəyyən edilmiş, eyni zamanda, yeni yaradılan aqrolandşaft sahələri səciyələndirilmişdir. Ərazidə mövcud olan biyan, yerkökü, yerfındığı, yonca, çəltik, taxıl, bostan və s. əkin sahələrindən ibarət ayrı-ayrı aqroandşaftların sahələri hesablanmış və elmi dəlillər əsasında bu təsərrüfat sahələrinin gələcək inkişaf perspektivləri araşdırılmışdır. Tədqiqat zamanı ərazinin ekogeokimyəvi şəraitinin aqrolandşaftların təşkili və idarəolunmasına təsiri müəyyənləşdirilmiş və təkliflər verilmişdir.
Məqalədə, həmçinin, Şirvan düzündə yeni yaradılacaq aqrolandşaftların iqtisadi səmərəliliyi və yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunun davamlı inkişafına müsbət töhfələr verə biləcək əkinçilik sahələrinin təsərrüfat əhəmiyyətləri açıqlanmışdır.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol Xəritəsi” Dövlət proqramı, Bakı, 2016, 111 s.
- Abduyev M.R. Şirvan düzü torpaqlarının şoranlaşması və onunla mübarizə tədbirləri. Bakı, 2003.
- Nağıyev P.Y., İsmətova X.R. və b. Kosmik təsvirlərin təhlili əsasında Kür Araz düzənliyində kənd təsərrüfatı sahələrinin öyrənilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyi, 2006, № 3-4, IX cild.
- Qəribov Y.Ə. Azərbaycan Respublikasının müasir landşaftlarının antropogen transformasiyası. Bakı, 2011, 299 s.
- Məmmədov Q.Ş., Xəlilov M.Y., Məmmədova S.Z. Aqroekologiya. Bakı, Elm, 2010, 551 s.
- Salmanov M.A,. İsmayılov N.M., Cəfərov Ə.M. Praktiki aqrobioekologiya. Bakı, Elm -2013, 286 s.
- Şəkuri Bəhruz. Azərbaycan torpaqlarının geokimyəvi xüsusiyyətləri. Bakı, Elm, 2011, 280 s.
- Перельман А.И. Геохимия. Недра, Москва 1989, 511 с.